Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həkimlərin də maaşı 3 dəfəyə qədər artacaq – Deputat AÇIQLADI

Tarix: 19-06-2019 13:21     Baxış: 3312 A- / A+
Həkimlərin də maaşı 3 dəfəyə qədər artacaq – Deputat AÇIQLADI


Bir çox dövlət qulluqçularının maaşının artırılması tibb işçilərinin əməkhaqqının artırılmasını da gündəmə gətirib.

Manevr.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev "Yeni Sabah”a açıqlamasında bildirib ki, səhiyyə islahatları sosial islahatların çox mühüm bir sahəsidir. Onun sözlərinə görə, səhiyyə islahatları da Prezidentin nəzarətindədir:

"Uzun illərdir bu islahatlar davam edir. Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta işə düşəcək. Səhiyyə sisteminin tam icbari tibbi sığortaya keçidi gözlənilir. İcbari tibbi sığorta işə düşəndən sonra tibb işçilərinin də maaşı ən azı 3 dəfəyə qədər qalxacaq.

Hətta daha çox yüksələcək. Gələn ilə gözlənilir, bu icbari tibbi sığorta ilə bağlıdır. Bundan sonra tibb işçilərinin maaşları kifayət qədər artacaq”.

Deputat əlavə edib ki, maaş artımı icbari tibbi sığortayla çalışan bütün sektorlara aid olacaq və qalanları da ona adekvat olaraq dövlət büdcəsindən artırılacaq.

"Elə klinikalar var ki, onlar icbari tibbi sığortaya keçməyəcək və dövlət proqramı ilə maliyyələşəcək. Həmin klinikalarında da əməkhaqqılar digərlərinə uyğun olaraq artırılacaq”, deyə M.Quliyev vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar