Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda əhalinin 8 faizi bu xəstəliyin daşıyıcısıdır

Tarix: 05-10-2016 18:22     Baxış: 3463 A- / A+
Azərbaycanda əhalinin 8 faizi bu xəstəliyin daşıyıcısıdır


“Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb və əhalinin 8 faizi talassemiya daşıyıcısıdır”.

Manevr.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, xəstələrin müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir.

Z.Əlimirzayeva qeyd edib ki, talassemiyalı xəstəliyinin profilaktikası, xəstə sayının azalması üçün yeni ailə qurmağa hazırlaşan cütlüklərin müayinəsinin aparılmasına başlanıb:

“Artıq bu müayinələr də öz nəticələrini verməkdədir. Bu müddət ərzində 197554 şəxs tibbi müayinədən keçib, onlardan 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Eləcə də 71 cütlükdə - yəni hər ikisində, talassemiya daşıyıcılığı üzə çıxıb. Cütlüklərdə talassemiya aşkarlansa, hamiləliyin 12-18-ci həftəsində döldən material götürülür və Hematologiya İnstitutunda molekulyar, genetik müayinə aparılıb. Bu vaxta kimi üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər. Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib”.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində (RPM) “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfrans keçirilib. Respublikanın baş hematoloqu, baş neonatoloqunun və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssislərinin iştirak etdiyi konfransda bir sıra maraqlı mövzularda təqdimatlar keçirilib. Təqdimatlar “RPM-də aşkarlanan genetik xəstəliklər”, “Amniosentez və CVC-nin perinatal diaqnostikada rolu”, “Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı”, “Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi”, “Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlar” barədə olub.(azvision.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar