Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Diqqət: Uşaqlarınızı saat 16:00-a qədər... – Təhlükə

Tarix: 13-07-2017 08:26     Baxış: 4394 A- / A+
Diqqət: Uşaqlarınızı saat 16:00-a qədər...


Yay aylarında günəş şüalarının Yer kürəsində zenitdə olması havada artan tozcuqları fəaliyyətə gətirir və nəticədə allergik reaksiyaları daha çox gücləndirir. Uşaqların günəş şüalarından qorunmasına xüsusilə diqqət yetirmək lazımdır.

Bu sözləri Bioloji Təbabət klinikasının həkimi, pediatr-endokrinoloq Mirzəyeva Həbibə deyib. Həkim bildirib ki, günəşə çıxan uşaqların ilk növbədə geyimlərinə diqqət yetirmək lazımdır:

“Geyimlərin gözəlliyinə aldanmaq lazım deyil. Rəngarəng uşaq paltarları həm onların, həm də valideynlərin xoşuna gəlir. Ancaq burda diqqət edilməli çox əhəmiyyətli bir məqam paltarların kanserogen maddə ehtiva etməməsidir. Günə çıxan uşaqların ilk növbədə paltarları ağ rəngli olmalıdır. Pambıq, kətan parçalardan olan geyimlərdən istifadə edilməlidir. Ağ, kətan paltarlar isə tərləmə zamanı buxarlanmanı sürətləndirir”.

Pediatr ultrabənövşəyi günəş şüalarının dəriyə zərər verdiyini də qeyd edib:

“Günəş şüalarının təsirindən dəridə hər hansı xallar meydana gələ bilər ki, bu da sonradan çox pis fəsadlara gətirib çıxarar. Uşağınız məktəbə və ya baxçaya gedirsə, müəllimləri bu mövzuda məlumatlandırmaq lazımdır. Günəş kremlərindən istifadə etmək düzgün olmasa da, uşaqlara Günəşə çıxarmağa məcbur qaldığı zaman bu kremdən istifadə edə bilər. 6 aydan etibarən körpənizi çölə çıxararkən Günəş kremi sürtməlisiniz. Krem çəkilən bölgələr dizlərin arxası, qulaqlar, göz ətrafı, boyun və saç dərisidir. Kremi çölə çıxmazdan 15-30 dəqiqə əvvəl sürtün və 2 saat sonra yeniləyin”.

H.Mirzəyeva bildirib ki, 11:00-16:00 aralığında uşaqları Günəşə çıxarmaq - onları bu saatlarda dənizə, parka aparmaq yolverilməzdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar