Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər cəbhədə tikintisi başa çatmamış evləri dağıtdı -VİDEO

Tarix: 11-03-2017 21:16     Baxış: 5537 A- / A+
Ermənilər cəbhədə tikintisi başa çatmamış evləri dağıtdı


Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib.


Ermənilər cəbhədə tikintisi başa çatmamış evləri dağıdıblar.

Azərtac-ın çəkiliş qrupu cəbhədəki vəziyyəti lentə almaq məqsədilə Tovuz rayonunun düşmənlə həmsərhəd kəndlərində olub. Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib. Hətta tikintisi başa çatmayan evlər erməni atəşinə məruz qalır. Kənd sakinləri deyirlər ki, əvvəllər atəşkəs gün ərzində 20-30 dəfə pozulurdusa, indi artıq yüzü keçib.

Dinc əhalini hədəf seçən mənfur erməni ordusunun bu atəşlərinə baxmayaraq, hər zaman cəsarətləri ilə seçilən Hacallı sakinləri öz işlərində-güclərindədirlər. Təmas xətti ilə üzbəüz evlərdən birində yaşayan Kifayət Cəfərova deyir ki, burada balacadan tutmuş böyüyədək heç kəs erməni gülləsindən qorxmur. Əksinə, Hacallıda artıq yaz əkin-biçini başlanılıb və insanlar təsərrüfat işləri ilə məşğuldurlar.

Çəkiliş qrupu Hacallıdan cəbhəyanı kəndlərdən birinə üz tutub və burada da eyni mənzərə ilə qarşılaşıb. Kənd sakinləri heç nədən qorxmadan gündəlik işləri ilə məşğul olurlar.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar