Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan hərbi təcavüzə məruz qalıb" - İspaniya mətbuatı

Tarix: 02-02-2017 20:58     Baxış: 4433 A- / A+
"Azərbaycan hərbi təcavüzə məruz qalıb"

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının Prezidenti Akilino Mata bu ölkənin “El Periodico” xəbərlər portalında “Tarixi yaddaş: Azərbaycan qarşısında borcluyuq” adlı məqalə yazıb.

Müəllif 1936-cı ildə İspaniya ilə SSRİ arasında hərbi təyyarəçilərin təlim keçməsinə dair razılaşmanın əldə edilməsi, bu məqsədlə Azərbaycan SSR-nin Kirovbad (indiki Gəncə) şəhərində 20 nömrəli hərbi pilot məktəbinin yaradılması və 900-ə yaxın gəncin bu təlimlərə cəlb edilməsini xatırladır. Azərbaycan xalqının pilotlara qayğısı və insani rəftarını məmnunluqla qeyd edən müəllif, birinci təlim qrupunun Kirovabada gəlməsinin 80 illiyi ilə əlaqədar həmin pilotların övladları və digər ailə üzvlərinin Azərbaycana bu yaxınlarda baş tutan səfərindən bəhs edir. O, pilotların övladlarının atalarının yaşadıqları və təlim keçdiyi yerləri görməsi, səfər təəssüratları, habelə təmtəraqlı qarşılanma, Azərbaycan rəsmilərinin qonaqlara göstərdiyi diqqət və qayğıdan ürək dolusu məlumat verir. Akilino Mata təlim zamanı həyatını itirmiş 9 aviatorun və 11 sovet təlimçisinin məzarlarının Gəncə şəhərindəki qəbiristanlıqda yerləşdiyini, hər il hərbi paradda onların xatirəsinin yad edildiyi və məzarların önünə gül çələnglərinin qoyulduğunu fərəhlə qeyd edir. Müəllif aviatorların təlim keçdiyi mərkəzin hazırda orta məktəb kimi fəaliyyət göstərdiyini və orada “İspaniya-Azərbaycan xalqlarının dostluğu əbədidir” şüarı altında muzeyin açıldığını və burada müxtəlif eksponatların saxlandığını bildirir. Ölkəmiz haqqında xoş təəssüratlarını davam etdirən Aviatorlar Assosiasiyasının Prezidenti İspan tarixini qoruyub saxladığı üçün Azərbaycan hökumətinə və xalqına təşəkkür edir və minnətdarlığını çatdırır.

Müəllif Azərbaycanın hərbi təcavüzə məruz qaldığını, ərazisinin 20%-nin işğal altında olduğunu və həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması nəticəsində minlərlə insanın şəhid olduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edir. O, təəssüflə dünya birliyinin bu reallığı görmədiyini yazır. Akilino Mata Azərbaycan qarşısında borclu olduqlarını, vicdanı hərəkətə gətirməyin vacibliyini bildirir. Müəllif Azərbaycan xalqının yaşadıqları qarşısında susmağı ölkəsini məsuliyyətdən azad etmədiyini, bu susmağın cəmiyyət və dövlət kimi alçaldıcı olduğunu qeyd edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar