Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO

Tarix: 08-04-2020 20:07     Baxış: 4455 A- / A+
Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO

Erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 28 il ötür.
Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən anım mərasimi təşkil edilir.

Manevr.az-ın məlumatına görə, İctimai Birlikdən Azərtac-a bildiriblər ki, bu dəfə də faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ağdaban soyqırımı haqqında məlumatlar gənclər tərəfindən sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və xarici nümayəndəliklərə göndərilib.

Bu barədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib.

O qeyd edib ki, tarixən Azərbaycan xalqının başına gətirilən faciələr tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, onlara hüquqi-siyasi qiymət verilir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində xalqımızın başına gətirilən müsibətlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu işə Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətlərdən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində baş verib. Belə ki, Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alırlar. Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. Belə ki, faciə zamanı 33 Ağdaban sakini qətlə yetirildi, yaşı 90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu, bir kəndin sakinlərinə qarşı törədilmiş amansız və insanlıq adına sığmayan faciə idi.

Ermənilər, bu faciə zamanı da Azərbaycanın mədəni irsinə qarşı vandalizm siyasəti törətdilər. Belə ki, şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları erməni cinayətkarları tərəfindən məhv edildi.

Manevr.az

Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO
Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO
Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO
Ağdaban soyqırımı- İnsanlığa sığmayan faciə, mədəni irsimizə qarşı vandalizm siyasəti- VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar