Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kerrinin Qarabağ bəyanatının səbəbi - AÇIQLAMA

Tarix: 06-10-2016 10:33     Baxış: 4453 A- / A+
Kerrinin Qarabağ bəyanatının səbəbi


ABŞ Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı açıqlaması onun səlahiyyət müddətinə hesablanıb. Artıq Kerrinin vaxtına bir ay qalıb.

Bu sözləri axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Millət vəkilinin sözlərinə görə, Kerrinin ABŞ Dövlət Departamentinin rəhbərliyindəki son bir ayı ərzində heç nə əldə etmək mümkün olmayacaq:

“Bir aydan sonra ABŞ-da seçkidir və yanvarda yeni administrasiya gələcək. ABŞ-da yeni hakimiyyətin Qarabağ münaqişəsi ilə bundan sonra necə məşğul olacağı daha əhəmiyyətlidir, nəinki Kerrinin açıqlaması. Çünki vəzifə müddətinin bitməsinə az qalmış onun bu fikirləri elə də böyük əhəmiyyət kəsb etmir. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı seçkilərdən sonrakı ABŞ-ın mövqeyi və yeni administrasiyanın yanaşması daha vacib olacaq”.

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırda mümkün olmadığına dair bəyanat səsləndirib.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 8-də baş tutacaq. Respublikaçı Trampa qarşı Demokratlar Partiyasından Hillari Klinton mübarizə aparır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar