Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyanın bu etirafı onun sonu deməkdir

Tarix: 04-08-2016 09:26     Baxış: 1543 A- / A+
Sərkisyanın bu etirafı onun sonu deməkdir


Ermənistan Prezidenti Serj Sərkisyanın tezliklə ölkəsində milli barışıq hökumətinin formalaşacağına dair bəyanatı onun zəifliyinin göstəricisidir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq bildirib ki, Ermənistanın milli barışıq hökumətinə getməsi Sərksiyanın artıq ölkəyə nəzarəti itirməsindən xəbər verir:

“Ermənistanda bu gün kriminal elementlərlə başlayan hadisələr etiraz aksiyalarına çevrilir. Bu isə göstərir ki, faktiki olaraq siyasi rejim ictimaiyyət tərəfindən qəbul olunmur və hazırda bir çox siyasi dairələr və qüvvələr də rejimə qarşı cəmləşiblər. Sərkisyanın son bəyanatı özlüyündə onun daxili və xarici siyasətdə buraxdığı kobud səhvlərinin bir etirafıdır. Ermənistan prezidentinin tezliklə ölkəsində milli barışıq hökumətinin formalaşacağına dair bəyanatı onun zəifliyinin göstəricisidir. Çox güman ki, Sərkisyan bu mərhələdə müxalifətdə olan adlardan bir neçəsini hökumətə gətirməyə çalışacaq. Elə məhz bu addım Sərkisyanın sonunun başlanğıcı olacaq”.

Qeyd edək ki, İrəvanda post-patrul polisi polkunun binasını 15 gündür ələ keçirən “Sasna çrer” silahlı qrupunun təslim olmasından sonra Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O bildirib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar