Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana gələn ermənilər harada olublar?

Tarix: 26-11-2019 10:32     Baxış: 3416 A- / A+
Azərbaycana gələn ermənilər harada olublar?


"Bu səfərlər erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir"

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər.

Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, İrəvan və Xankəndində olan nümayəndələri təşkil ediblər.

"Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.

Erməni jurnalistləri ilə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib".

Bəyanatda qeyd olunur ki, erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar: "Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar".

İcma rəhbəri qeyd edib ki, bu səfər, yerli erməni icması ilə görüşlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

"Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabag bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar