Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Banklara borcum olmasa da evimizin qabağındakı dükana 300 manat borcum var..."

Tarix: 20-11-2018 20:21     Baxış: 3577 A- / A+
"Banklara borcum olmasa da evimizin qabağındakı dükana 300 manat borcum var..."

Gürcüstanda 600 min şəxsin banklara 500 milyon dollardan artıq borcu bağlanacaq. Azərbaycanda da manatın devalvasiyasından sonra banklara borcu olanlara dövlətin güzəşt etməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb, hətta işin araşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilib. Amma hər dəfə KM bankların xeyrinə qərar verib. Gürcüstan borcluların kreditini silə bilirsə, Azərbaycan niyə oxşar addım atmır?

Deputat, yazıçı Aqil Abbasın “Azadlıq” radiosuna müsahibəsini təqdim edirik:

– Mən də oxudum elə bir xəbər, kreditləri bağlayacaqlar deyirlər. Amma hələ bağlamayıblar. Qərar var. Yaxşı haldır, gürcülər bu addımı atırsa. Mən biləni, borc birdəfəlik silinmir, müvəqqəti olaraq silinir, dəqiq bilmirəm. Ancaq yaxşı addımdır. Yəqin o adamların borcunu bağlayırlar ki, ödəyə bilmirlər, ödəməyə də nə pulları var, nə mülkləri, nə də tutub əllərindən alınacaq bir şeyləri. Uğurlu addımdır. Həm də qarşıdan seçkilər gəlir, seçkini qazanmaq üçün atılan addım da ola bilər. Hər halda, xalqın xeyrinədir, istəyir seçki olsun, istəyir olmasın.

– Aqil müəllim, Gürcüstandan daha varlı ölkə olan Azərbaycanda niyə belə addım atılmır?

– Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi belə addım atılsın. Buna dövlətin imkanı var. Azərbaycan Gürcüstandan beş dəfə varlı ölkədir. Həm büdcəsi ondan beş dəfə çoxdur, həm də ÜDM ildən ilə artır, ixracatımız artır, sərmayə qoyuluşları çoxalır. Yəni, ölkədə iqtisadi inkişaf var. O baxımdan, Azərbaycan da belə bir addım ata bilər və istərdim ki, atsın. Düzdür, mənim banka borcum yoxdur. Evimizin qabağındakı dükana 300 manat borcum var. Amma istərdim ki, Azərbaycan da belə bir addım atsın. Yəqin, bu söhbət olacaq, büdcə müzakirələrindən sonra parlamentdə qaldırıla bilər. Yəqin, Gürcüstanın təsiri ola bilər.

– Bu məsələni ardıcıl olaraq həmkarlarınızdan Vahid Əhmədovla Əli Məsimli qaldırır. Siz də onlara qoşula bilərsinizmi? Onlar dəfələrlə hökumətə müraciət etsələr də, digər deputatlar belə təşəbbüslə çıxış etməyiblər. Maraqlıdır, niyə?

– Onlar təkliflə çıxış ediblər, amma son çıxışında Vahid Əhmədov da, deyəsən, dedi ki, banka borcu olanlar bu borcu ödəməlidirlər, ancaq sadəcə olaraq, devalvasiyadan qabaqkı borcun həcmində. Mən də bunu istəyirəm. Vətəndaş axşam yatıb səhər borcu artıbsa, dollar bahalaşıbsa, insanlar ağır vəziyyətə düşür. Yəni, devalvasiyadan əvvəlki borcunu ödəsin, yerdə qalanını dövlət ödəsin, bu, daha yaxşı olar. Özəl bankdır, pulunu istəyir, haqqı da var desin: «Kredit almısan, borcumu qaytar». Amma necə qaytarmalıdır? Dollar 78 qəpik olan həcmdə qaytarsın, qalanına da dövlət kömək etsin. Bu, daha düzgündür.

– Azərbaycanda iki dəfə məsələnin hüquqi baxımdan aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edilsə də, hər dəfə qərar bankların lehinə oldu. Bundan sonra Azərbaycan hökumətinin vətəndaşın xeyrinə qərar verməsini gözləmək olarmı?

– Konstitusiya Məhkəməsi qanunu qoruyur. Özəl bank da Konstitusiya Məhkəməsini məhkəməyə verə bilər ki, «qardaş, pulu sən vermisən, mən?». Bank iflasa uğraya bilər. Onda bankı bağlayaqmı? Yəni, Konstitusiya Məhkəməsi qanuna əsaslanır. O biri tərəfin, yəni Nazirlər Kabinetinin, iqtidarın işidir ki, qərar versin: «Sən borcunu 78 qəpikdən ödə, qalanını biz həll edək». Bu şəkildə problem həll oluna bilər. Yoxsa hamı bankdan borc götürsün, sonra da bu borcu bağışlasınlar, qanuna sığmır, axı, banklar məhv olub gedər.

– Həmkarınız Jalə Əliyeva deyib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün Gürcüstan kimi borcları silə bilmir. Bu arqument ağlabatandırmı, sizcə?

– Bilmirəm, Jalə xanımın nə deməsi haqqında əlimdə məlumat yoxdur. Düzdür, Azərbaycan müharibə şəraitindədir, amma imkanları Gürcüstandan böyükdür.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar