Sizin Reklam Burada
Xəbər lenti
25 yanvar
24 yanvar
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- ŞƏKİL

Tarix: 11-12-2019 22:29     Baxış: 460 A- / A+
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- ŞƏKİL

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Manevr.az xəbər verir ki, Şuradan verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə danışıb.

İlk olaraq iclasda Şuraya müraciətlərin 11 aylıq statistikasına nəzər salınıb. Bu baxımdan nəzərəçarpan tendensiyalar müzakirə olunub. Bildirilib ki, quruma daxil olan 490 müraciətdən 201-i media orqanlarının fəaliyyətindən şikayətdir. Həmin şikayətlərin 126-ı MŞ-nin Katibliyində araşdırılıb, tərəflər arasında barışıq əldə olunub. 75 şikayət isə Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. Ötən müddətdə 4 cavabdeh KİV-in adı «qara siyahı»ya daxil edilib. Ə.Amaşovun bu və digər məsələlərlə bağlı məlumatları məqbul qiymətləndirilib və onların MŞ-nin 2019-cu il üçün yekun hesabatında əksini tapması zəruri sayılıb.

İclasda müzakirə edilən ikinci məsələ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Mətbuat Şurasına ünvanladığı məktub olub. Məktubda bildirilib ki, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamları isə ölkəmizin kütləvi informasiya vasitələrində yayımlanmaqdadır. Nazirlik reklam yayımının qarşısının alınmasının vacibliyini vurğulayıb və prosesə dəstək olmağa çağırıb. Oxşar müraciəti Şuraya 2011-ci ildən Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC də edib. “TOPAZ” ticarət nişanına malik bu qurum qanunsuz mərc oyunlarının təşkilini həyata keçirən internet saytların siyahısını da təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri müzakirə olunan məsələnin mediamız üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Bildiriblər ki, kütləvi informasiya vasitələrimiz reklam bazarının zəifliyindən əziyyət çəkir. İndiki durumda onlar mərc oyunu təşkil edən internet portalları reklam etməklə də müəyyən gəlir əldə edirlər. «TOPAZ»ın isə yerli KİV-lərdə lazımi qədər reklamı getmir. Mövcud durumda ikincilərin digər idman mərc oyunu təşkil edənlərin reklamlarından imtinası maliyyə durumlarına mənfi təsir deməkdir.

İclasda həmçinin bildirilib ki, qanunsuz idman mərc oyunları təşkil edən internet saytları reklam edən bəzi yerli KİV-lər məhkəmə iddiaları ilə də üzləşməkdədirlər. Bu proseslər bəzən cavabdehlərin özlərinin iştirakı olmadan aparılır və qərarlar çıxarılır. Müzakirəyə çıxarılan məsələ məhz bu baxımdan da vacibdir.

MŞ İdarə Heyəti qərara gəlib ki, Şura adından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə «TOPAZ» ticarət nişanlı, ölkəmizdə ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC-yə müraciət ünvanlansın. Müraciətdə KİV-lərə reklam verilməsinin və bu istiqamətdə onlarla əməkdaşlıq qurulmasının vacibliyi tövsiyə olunsun. Bunun hər iki tərəfin mənafeləri baxımından faydalılığı əsaslandırılsın.


Manevr.az

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- ŞƏKİL
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- ŞƏKİL
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib- ŞƏKİL








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar