Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mahsun Kırmızıgüldən qürurverici addım: Filmində Sabirin ŞEİRİ SƏSLƏNDİRİLDİ -VİDEO

Tarix: 04-03-2017 17:42     Baxış: 5576 A- / A+
Mahsun Kırmızıgüldən qürurverici addım: Filmində Sabirin ŞEİRİ SƏSLƏNDİRİLDİ


Son illərdə özünü rejissor kimi sınayan türkiyəli müğənni Mahsun Kırmızıgül "Vəzir barmağı" filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeirindən istifadə edib.
Manevr.az xəbər verir ki, sözügedən səhnənin görüntüləri sosial şəbəkədə yayılıb. Şerin ifa olunduğu səhnə azərbaycanlılar tərəfindən olduqca maraqlı qarşılanıb və müsbət hal kimi qiymətləndirilib.
Onu da qeyd edək ki, şeir türk dilinə çevrilib ifa olunub.
Şeirin orijinalını və filmdən kadrları təqdim edirik.

Qorxuram

Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar