Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış teatrşünas aksiyaya qoşuldu

Tarix: 12-04-2020 14:50     Baxış: 2594 A- / A+
Tanınmış teatrşünas aksiyaya qoşuldu

Tanınmış teatrşünas-tənqidçi “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına qoşuldu.

Xəbər verildiyi kimi “Kreativ Azərbaycan” portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına start verib. Artıq keçirilən bu aksiyaya teatrşünas-tənqidçi Anar Burcəliyev də qoşulub. Bu barədə teatrşünas-tənqidçi Anar Burcəliyev öz facebook sosial şəbəkəsində paylaşım edib. Bu barədə məlumat verən teatrşünas-tənqidçi bildirib ki, “Bu gün bütün dünyanı bürüyən ağlasığmaz pandamiya öz zərərini ölkəmizdə də göstərməkdədir. Belə bir çətin günlərdə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasının başlanılması çox uğurlu bir addımdır. Bu təşəbbüs yaradıcı insanlara dəstək üçün nəzərdə tutulub. Belə qərara gəldim ki, sənət dostlarıma və eləcə də dövlətimizin bu günlərdə virusa qarşı apardığı mübarizəyə dəstək məqsədilə mən də qoşulum. Bu məqsədlə aksiyaya qoşularaq “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” (1989-2018) l-cild adlı kitabımı oxucuların ixtiyarına verirəm. Bütün qələm əhli olan sənət dostlarımı da “Sənətə dəstək ol” xeyriyyə aksiyası çərçivəsində çətin maddi vəziyyətə düşən yaradıcı insanlara dəstək olmağa çağırıram”.
Tanınmış teatrşünas aksiyaya qoşuldu

Xatırladaq ki, aksiya çərçivəsində bu insanlar haqqında məlumat veriləcək və onların əsərləri sosial şəbəkələr vasitəsilə satışa çıxarılacaq. Alınan əsərlər isə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaq. Əsərləri alanlara həmçinin koronavirusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaq. Həmçinin bildirək ki, əsərləri almaq barədə razılıq haqqında məlumat sosial şəbəkədə paylaşımın altında şərh formasında və ya “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlanılaraq (açıq və ya anonim formada) verilə bilər. Aksiya çərçivəsində əlaqələndirmə xidməti təmənnasız olaraq “Kreativ Azərbaycan” portalı tərəfindən həyata keçiriləcək. Əlavə məlumat və suallarla bağlı “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlamaq olar.

facebook.com/creative.az,
instagram.com/kreativaze

info@creative.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar