Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kamal Abdulla yubiley nişanı ilə təltif olundu- Şəkil

Tarix: 15-01-2020 12:06     Baxış: 3572 A- / A+
Kamal Abdulla yubiley nişanı ilə təltif olundu- Şəkil

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley nişanı ilə təltif olunub.

Manevr.az xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ADU-nun rektorunun nailiyyətlərinin ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını deyib. O bildirib ki, ADU ölkədə aparıcı təhsil müəssisələrindən biridir:

“Kamal Abdulla 2018-2019-cu tədris ilində “İlin rektoru” seçilib. Bu da universitetdə aparılan düzgün, doğru, hərtərəfli və düşünülmüş fəaliyyətin nəticəsidir. Mən bilirəm ki, Kamal müəllim vəkillik sahəsində də olan bütün yenilikləri yaxından izləyir. Onun dünyagörüşü, biliyi, savadı bizim işimizə də böyük dəstəkdir. Rəyasət heyətinin qərarı ilə vəkillərimizlə yanaşı, vəkillik fəaliyyətinə xüsusi töhfə verən vəkil olmayan şəxslər xüsusi döş nişanı ilə təltif olunur”.

Rektor Kamal Abdulla Vəkillər Kollegiyasının döş nişanı ilə təltif olunmasından böyük şərəf duyduğunu bildirib və təşəkkür edib:

“Bizim ölkədə hüquqi, inzibati ağırlıqlar öz yerini tutmaqdadır. Ölkədə demokratiya gücləndikcə, Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin qoyduğu yolla inamla getdikcə vəkillərə də ehtiyac çoxalır, onların gördüyü işlərin qiyməti əvəzsiz olur. Vəkillik prinsipi ölkənin intellektual səviyyəsindən xəbər verir. Son dövrlər vəkilliyin bu cür inkişaf etməsi Anar Bağırovun, onun həmkarlarının əməyi nəticəsində formalaşır. Arzu edərdim ki, siz fəaliyyətinizi bu istiqamətdə daha da inkişaf etdirəsiniz”.

Akademik vurğulayıb ki, bu döş nişanı həm də Azərbaycan Dillər Universitetinin kollektivinə olan diqqətin nümunəsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar