Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR

Tarix: 18-12-2019 21:05     Baxış: 2438 A- / A+
“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR


Bakı Mühəndislik Universitetində (BMU) “Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” adlı seminar-müzakirə keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbir BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası tərəfindən təşkil olunub.

Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmiş Məhəmməd Hadiyə həsr olunan tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxışında bu qəbildən olan tədbirlərin önəminə toxunaraq, təşəbbüsün həm də gənc şairlər tərəfindən irəli sürülməsini təqdir edib.

Kafedranın baş müəllimi Ülvi Babayev, həmçinin professor Akif Hüseynli çıxışlarında gənclərin M.Hadi yaradıcılığına xüsusi maraq göstərdiklərini vurğulayıblar. Eyni zamanda, natiqlər M.Hadinin həyat yolundan, yaradıcılığının əsas istiqamətlərindən bəhs ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseyn M.Hadinin 140 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu şairin yaradıcılığının yenidən dərk olunmasına, onunla bağlı yeni əsərlərin yazılacağına şərait yaradacaq.

Tədbirdə iştirak edən gənc şairlər Günel Şamilqızı, Zaur Rəxşan, Fuad Cəfərov və Rəvan Cavid çıxışlarında M.Hadinin Şərq və Avropa ədəbiyyatını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirdiyini önə çəkiblər.

“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR
“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR
“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR
“Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar