Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

Tarix: 05-11-2019 18:04     Baxış: 4540 A- / A+
Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür.Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi,qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayır.
Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 Noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 Noyabr Dövlət Bayrağı günü elan edilib. Noyabrın 5-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sabirabad rayon orta ümumtəhsil müəssisələrində (M.Ə.Sabir adına 1saylı tam orta məktəb, N.Gəncəvi adına 5 saylı tam orta məktəbi) 9 Noyabr “Dövlət Bayrağı günü” münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Rəsm dərnəyi” üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.Rəsm dərnəyinin rəhbəri Fərhad Əsgərov şagirdləri salamlayaraq onları sərgi münasibətilə təbrik edib.Bildirib ki,bu cür tədbirlər şagirdlərin təfəkkürünə,onların dünya görüşünün formalaşmasına,mənəvi dünyasının zənginləşməsinə mühüm təsir göstərir. 9 Noyabr “Dövlət Bayrağı günü” adı altında Respublika Bayraq gününə həsr olunmuş sərgidə dərnək üzvlərinə Fəxri Fərmanlar təqdim edilib.

Sabirabad Regional Mədəniyyət idarəsinin mətbuat xidməti
Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir
Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir
Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar