Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Tarix: 05-09-2019 15:43     Baxış: 4517 A- / A+
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Onlar "Yeşilçam" filmlərində canlandırdıqları rollarla həm Türkiyənin, həm də Azərbaycanın böyük rəğbətini qazanan, türk sinemasının və ekranların ən sevimli aktyorlarıdır. Lakin bir çoxlarımız onların erməni əsilli olduqlarını bilmir.

Manevr.az yeniavaz.com-a istinadən "Yeşilçam"ın erməni əsilli aktyorlarını təqdim edir:
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Adilə Naşit (Adela Özcan) – "Yeşilçam"ın sevilən aktrisası, hər kəsin Hafize ana deyərək tanıdığı Adilə Naşitin əsl adı Adeladır. O, 1930-cu il iyunun 17-də İstanbulda anadan olub. Atası Naşit Özcan mənşəcə Rum, anası Amaliya isə erməni idi. Adilə ilk dəfə 1948-ci ildə "Lüks Həyat" komediyası ilə karyerasına başlayır. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam Sınıfı" filmindəki Hafize ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam Sınıfı Sınıfda Kaldı", 1977-ci ildə "Hababam Sınıfı Uyanıyor" və 1978-ci ildə "Hababam Sınıfı Tatilde" , 1979-cu ildə "Hababam Sınıfı Dokuz Doğuruyor", 1981-ci ildə "Habab Sınıfı Güle Güle" onun uğurunu daha da möhkəmləndirir. O, 1987-ci ildə 57 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişir.
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Kənan Pars (Kirkor Cezveciyan) - Aktyor 1920-ci il martın 10-də İstanbulda anadan olub. O, karyerasına 1953-cü ildə başlayıb. Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Oynadığı çoxsaylı filmlərlə yanaşı 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən "Oğlum", "Derdimden anlayan yok", "Cinayet gecesi" və "Aklin Durur" daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı. O, müsahibələr zamanı ona verilən "Siz ermənisiz?" sualına hər zaman, "Mən Türkəm, Krikor Cezveciyan sadəcə mənim kimlikdəki adımdır. Evimdə 80-dən çox Atatürkün şəkli var" – deyərək cavab verirdi. Aktyor 2008-ci il ildə anadan olduğu tarixdə vəfat edərək, Bakırköy erməni məzarlığında dəfn edilib.
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Sami Hazinsəs (Samuel Agop Uluçyan) – Erməni əsilli aktyor Sami Hazinses 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub. 1953-cü ildə çəkilən "Qara Davud" filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox gülməli rolları ifa edən S.Hazinses bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun "Bir dilbərə mübtəladır dəli könlüm" adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə S.Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər. O, 2002-ci il avqustun 23-də vəfat edib. Yas mərasimi "Kadıköy Surp Takavor" kilsəsində baş tutduqdan sonra Həsənpaşa erməni məzarlığında dəfn edilib.
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Vahi Öz (Vahe Özinyan) – 3 noyabr 1911-ci ildə dünyaya gələn Vahi Öz mənşəcə erməni əsillidir. İlk dəfə 1928-ci ildə "Samsun Genclik Mahfeli"də səhnəyə çıxıb. 1938-1945 illərində "Ankara Radyo"da işə başlayıb. 1947-ci ildə isə ilk dəfə "Bir Dağ Masalı" filmdə aktyorluq edib. Vahi Öz karyerası illərində aktyorluqdan əlavə rejissorluqla da məşğul olub. O, 12 fevral 1969-cu ildə xərçəng xəstəliyindən vəfat edib.
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Nubar Alyanaq (Nubar Terziyan) – 1909-cu ildə İstanbulda anadan olan Nubar Terziyan erməni əsilli Türk aktyorlarındandır. O, 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub. O, 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, aktyor hə zaman erməni əsilli olmağı ilə fəxr etdiyini bildirirdi.
"Yeşilçam"ın məşhur erməni əsilli aktyorları - ŞƏKİLLƏR

Əhməd Danyal Topatan (Danyal Bayriyan) - Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Erməni mənşəli aktyor 1953-cü ildə "Drakula İstanbulda" filmi ilə karyerasına başlayıb. İlk filmi isə 1950-ci ildə çəkilən "Çete" olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. 1964-cü ildə "Topqapı", 1965-cui ildə "Son darbe", 1967-ci ildə "Krallar ölmez" və 1971-ci ildəki "İntiqam kartallı" filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alan. Topatan, 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar