Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib

Tarix: 15-07-2019 10:43     Baxış: 3346 A- / A+
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib


Bununla bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edilib

Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə bəzi səlahiyyətlər verilib.

Manevr.az məlumatına görə, Nazirlər Kabineti bununla bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edib.

“Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın indiyədək olan variantına əsasən, sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.

Bu qaydanın qeyd edilən bəndinin yeni redaksiyada verilmiş variantında göstərilir ki, sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır.

Bununla yanaşı, indiyədək sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun orqanları həyata keçirirdilər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun aparırdılar.

Qaydaya edilən yeni dəyişikliyə görə, qeyd edilən məsələləri fondun orqanları ilə yanaşı, vergi orqanları da həyata keçirəcəklər.

Digər dəyişikliyə əsasən, sığortaolunanlar və sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı ilə bağlı məsələlərdə Fondun yerli orqanları ilə yanaşı, vergi orqanlarının da işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” qanuna uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Nazirlər Kabineti “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”na da dəyişiklik edib.

Bu qaydaya görə, işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun və Vergilər Nazirliyinin müvafiq orqanları həyata keçirəcəklər. İndiyədək bu nəzarəti yalnız Fondun orqanları həyata keçiriblər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar