Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR

Tarix: 16-05-2019 12:30     Baxış: 3491 A- / A+
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib.

Xızı rayon Heydər Əliyev Mərkəzində mədəniyyət və təhsil işçilərinin, məktəblilərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov böyük şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb. Daha sonra çıxış edənlər Nəsiminin həyat və yaradıcılığı, keçdiyi dərin və mürəkkəb həyat yolundan, mübarizəsindən bəhs ediblər. Konfransdan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə hazırladığı şairin kitablarından və stendlərdən ibarət sərgi ilə tanış olub, “Nəsimi” filmini izləyiblər.

Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbində rəssamlıq şöbəsinin şagirdləri arasında “Nəsimi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə ümumilikdə 15 rəsm əsəri təqdim olunub. Sərgidə fərqlənən 5 nəfər iştirakçı: Aynur Bayramlı, Zəhra Şıxıyeva, Mədinə İbizadə, Zəhra Həsənli, Aysel Məhərrəmova məktəbin Fəxri Fərmanı ilə təltif ediliblər.

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında seminar, kitab sərgisi, dəyirmi masa, Zəngilan Kənd klubunda şeir müsabiqəsi keçirilib. Qaliblər diplomla təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti



Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar