Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

20 Yanvar hadisələri kitabxananın fəal oxucusu, gənc yazarın yeni şeirlərində əks olundu -“Gənc yazarlara dəstək” layihəsi çərçivəsində

Tarix: 19-01-2019 17:18     Baxış: 2732 A- / A+
20 Yanvar hadisələri kitabxananın fəal oxucusu, gənc yazarın yeni şeirlərində əks olundu


Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Gənc yazarlara dəstək” layihəsi həyata keçirilir.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında yeni yaradılmış “Gənc yazarların Mirzə Şəfi məclisi”nin fəal üzvlərindən biri, Suraxanı rayon 97 №-li tam orta məktəbin 4-cü sinif şagirdi Sadiq Nəbili kitabxanaya 20 Yanvar şəhidlərinə həsr olunmuş iki yeni şeir təqdim etmişdir – “Qartal şəhidlər”, “20 Yanvar”.

Şeirlərin mətni Mərkəzi Kitabxanda komputerdə yığılmış, redaktə və korrektə edilmişdir. Hər iki şeir “Kitabsevər uşaqlar” YouTube kanalında və Facebook səhifəsində yerləşdirilmişdir: https://www.youtube.com/watch?v=q75w7u0hSaU https://www.youtube.com/watch?v=3s60yJa0fnk https://www.facebook.com/kitabseverushaqlar/photos/a.1685392628385745/2219257928332543/?type=3&theater https://www.facebook.com/kitabseverushaqlar/photos/a.1685392628385745/2219256528332683/?type=3&theater

Qartal şəhidlər

Azərbaycan şəhidləri qartal kimi,

Zirvələri fəth ediblər, ölməyiblər!

Azərbaycan igidləri hayqırırlar,

Səslərini qoy eşitsin düşmənimiz .

Anaları gözü yaşlı qoymarıq biz,

Düşmənləri məhv edərik igidliklə.

Ömrümüzün hər dəyqəsi, hər anında

Düşünərik biz şəhidlər dünyasını.

Sadiq Nəbili,

“Gənc yazarların Mirzə Şəfi məclisi” nin üzvü,
Suraxanı rayon 97 №-li tam
orta məktəbin 4-cü sinif şagirdi


20 Yanvar

20 Yanvar – qanlı bir tarix.

Günahsız idi ölən insanlar.

Gözün qan almışdı bu nadanların,

İnsanlıq hissləri harada qalmış?

Fərizə – İlhamın günahı nəymiş?

Nakam getdi cütlük sevgi bağından.

Bu gün sağıq, qisasları alınacaq,

İnanıram, qələbələr çalacaq!

Sadiq Nəbili,

“Gənc yazarların Mirzə Şəfi məclisi” nin üzvü,

Suraxanı rayon 97 №-li tam

orta məktəbin 4-cü sinif şagirdi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar