Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı

Tarix: 17-12-2018 15:11     Baxış: 2544 A- / A+
“Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı



Manevr.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin himayəsi ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı keçirildi.


Xəbər verdiyimiz kimi, 138 yaşlı “Məcməüş-şüəra” (şairlərin toplantısı, məclisi) və “Vahid ədəbi məclisi” M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə sıx ədəbi əlaqələr quraraq, birgə tədbirlər təşkil edir. Məclisin növbəti toplantısına “Məcməüş-şüəra”nın rəhbəri, professor, istedadlı şair Şahin Fazil sədrlik etdi.

Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova məclis üzvlərini Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” ilə tanış edərək, bu kitabxana haqqında ətraflı məlumat verdi.

“Vahid ədəbi məclisi”nin sədri Hacı Rafiq Şirvani kitabxananı yüksək dəyərləndirərək, məclis üzvlərinin əsərlərinin də bu kitabxanada yerləşdirilməsini təklif etdi.

Şahin Nəsirov, Həmzə Həqqani, Bəxtiyar Novxanılı, Gülzar İbrahimova, Yasin Xəlil və Şahin Fazil yeni yazdıqları şeirləri təqdim etdilər, maraqlı müzakirələr aparıldı.

Şahin Fazilin Azərbaycan xalq mahnısı “Sarı gəlin”ə dair yazdığı “Səni mənə verməzlər” şeiri maraqla qarşılanaraq uğurlu əsər hesab edildi.

Məclis üzvləri mütaliənin cəmiyyətdə təbliğinə, onun inkişafına geniş yer ayırdılar.

“Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı
“Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı
“Məcməüş-şüəra”nın və “Vahid ədəbi məclisi”nin birgə toplantısı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar