Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Televiziya izləyiciləri üçün MTRŞ-dan XƏBƏRDARLIQ

Tarix: 01-02-2018 17:31     Baxış: 3336 A- / A+
Televiziya izləyiciləri üçün MTRŞ-dan XƏBƏRDARLIQ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.

Bu barədə MTRŞ-nin Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qərara əsasən, TV vericilərinin fevralın 5-də keçiriləcək profilaktikasından sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq: "48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək. Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edirik”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda peyk və yerüstü TV yayımı rəqəmli formada həyata keçirilir: "Hazırda ölkəmizin əhalisinin 99,9%-dən çoxu yerüstü rəqəmli TV yayımı ilə əhatə olunub. Bunu həyata keçirmək üçün ölkəmizin ərazisində müxtəlif güclü 145 TV vericisi işləyir. Rəqəmli TV yayımı yaxşı keyfiyyət təmin etsə də, bu hələ tam yüksək keyfiyyət sayıla bilməz. Dünya ölkələrində yüksək həlletmə qabiliyyətli (HD –High Definition), Full HD və UltraHD formatında TV yayımı aparılmaqdadır. Bu formatların tətbiqi ekranda kiçik detalları canlandırmağa və təsviri baxımlı etməyə imkan verir. Bu cəhətdən UltraHD formatının imkanları daha genişdir. Ölkəmizdə 2016-cı ildə HD formatı üçün standart hazırlanıb. Lakin əhalidə olan televizorların bir qismi HD formatını dəstəkləmədiyi üçün paralel olaraq SD (Standard Definition) formatında TV yayımı hələ bir müddət davam etdiriləcək”.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar