Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib -Fotolar

Tarix: 23-11-2017 17:00     Baxış: 3500 A- / A+
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıtın Tarixi Muzeyində şəhərin 68-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada Sumqayıt şəhər MKS-nin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına əvvəlcə Sumqayıt şəhərinin yarandığı gündən keçdiyi şərəfli tarixi özündə əks etdirən daimi sərgi, eyni zamanda, muzeyin 50 illiyinə həsr olunmuş “50 ilin işığında” adlı sərgi təqdim olunub. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Olya İslamova bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Sonra tədbir iştirakçıları şəhərin keçmişi və bu günkü inkişafı ilə bağlı fikirlərini bildiriblər. Daha sonra muzeyin yaranmasının 50 illiyini özündə əks etdirən video-çarx nümayiş olunub. Sonda Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək muzeyin kollektivini təbrik edib, xoş arzularını çatdırıb.

Qubadlı Rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Musiqi məktəbində bəstəkar Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Konsertdə Qubadlı Rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Abbasov, SRMTİ-nin nümayəndəsi Eldar Hüseynov, SRMTİ Qubadlı Rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, müəllim və şagird kollektivi iştirak ediblər. Əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub. Daha sonra məktəbin müəllim və şagird kollektivi Emin Sabitoğlunun bəstələrini səsləndiriblər. SRMTİ-nin nümayəndəsi Eldar Hüseynov və SRMTİ Qubadlı Rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov çıxış edərək tədbir haqqında öz fikirlərini bildirib, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə uğurlar arzulayıblar.

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar