Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışlayıb

Tarix: 13-11-2017 14:09     Baxış: 4710 A- / A+
Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışlayıb
Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

"Hörmətli, Professor Əliyev,

Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.

R. Əliyev isə həmin mirası qəbul edərək birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.

Məlumata görə, sözügedən miras kifayət qədər böyük məbləği əhatə edir. Lakin artıq fonda aid olduğu və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır.

R. Əliyev bildirib ki, bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar