Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

28 May Respublika günü münasibətilə tədbir keçirilib -SUMQAYITDA/ FOTOLAR

Tarix: 23-05-2017 18:58     Baxış: 3922 A- / A+
28 May Respublika günü münasibətilə tədbir keçirilib

Manevr.az-a verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçıllığı ilə Sumqayıt Poeziya Evində 28 May Respublika günü münasibətilə tədbir keçirilib.

Tədbirdə AYB Sumqayıt bölməsinin qurucusu və sabiq sədri, mərhum şair Sabir Sarvanın ruhu bir dəqiqəlik sükutla yad edilib və bildirilib ki, belə bir tədbirin təşkili məhz onun ideyası idi. Lakin amansız əcəl buna imkan verməsə də onun yetirməsi olan bu balaca fidanlar şairin arzusunu gerçəkləşdirərək belə bir vətənpərvər ruhda kompozisiyanın ərsəyə gəlməsinə nail oldular.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək Sabir Sarvanın xatirəsinə göstərdikləri hormət və sədaqətə görə balaca oxuculara, eləcə də tədbirin təşkilatçılarına təşəkkür edib.
Sabir Sarvanı hər kəsdən fərqləndirən xarakterik xüsusiyytətlərindən bəhs edən idarə rəisi şairlə bağlı xatirələrini paylaşıb və onun tərəfindən əsası qoyulan, hazırda adını daşıyan Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinə uğurlar diləyib, xoş arzularını çatdırıb.

Daha sonra S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında “Vətənə can demişik, Azərbaycan demişik” adlı kompozisiya təqdim olunub. Kompozisiyada Əhməd Cavad, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar, Abbas Səhhət, Tofiq Fikrət, Səməd Vurğun, Sabir Sarvan, Məmməd İlqar və digər şairlərin vətənpərvər ruhda yazdığı şeirlər dinlənilib.

Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvləri İlahə Bağıyeva, Samirə İsmayılova, Ayan Ağayeva, İsmayıl Hüseynov, Zəhra Bəşirli, Aytac Hüseynli, Aynur Kərimova, Mirvüqar Seyidzadə, Xoşqədəm Bağıyeva və Səadət İsmayılovanın ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə vətənpərvər ruhda mahnılar dinlənilib, videoçarxlar nümayiş olunub, 28 may Respublika günü ilə bağlı ədəbiyyatlar sərgilənib.

Sonda şair Sabir Sarvanın qardaşı Mahmud Məlikov ailə üzvləri adından tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə təşəkkür edib.

Şair, jurnalist Hafiz Nəzərli, AYB Sumqayıt bölməsinin məsləhətçisi Gülnarə Cəmaləddin çıxış edərək belə tədbirlərin davamlı olacağını, Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin daha böyük layihələrə imza atacağını bildiriblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


28 May Respublika günü münasibətilə tədbir keçirilib

28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib

28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib
28 May Respublika günü münasibətilə tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar