Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib -FOTOLAR

Tarix: 28-03-2017 10:50     Baxış: 3620 A- / A+
Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib

Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon 11 illik musiqi məktəbinin kollektivi qonşu Gürcüstan respublikasında Novruz bayramı münasibətilə qastrol səfərində olublar.

Səfər Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Səfər çərçivəsində kollektiv Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib, konsert proqramı ilə çıxış edib, M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində açılmış ‘’Bahar rəngləri’’ adlı sərgisi ilə yaxından tanış olublar. Azərbaycanın qədim mədəniyyət nümunələri-xalçaçılıq, dulusçuluq, məişət əşyaları, musiqi alətləri və rəsm əsərlərinin nümayiş etdirildiyi sərgidə məktəb kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə iştirak edən Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirinin müşaviri Qeorqi Qeqeçqoriya, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Elçin Məmmədov məktəb kollektivinə öz təşəkkürlərini bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.

Bundan əlavə kollektiv Tbilisi və Marnuelidə açıq meydanda şəhər rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərdə də maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib
Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib
Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib
Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib
Musiqiçilərimiz Tbilisi və Marneuli şəhərlərində təşkil olunan “Novruz” şənliklərində iştirak edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar