Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov:"İlham Əliyev Paşinyanın dərsini çox əla şəkildə verdi və..."

Tarix: 16-02-2020 15:27     Baxış: 2410 A- / A+
Mübariz Mənsimov:"İlham Əliyev Paşinyanın dərsini çox əla şəkildə verdi və..."

Məlum olduğu kimi dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər, tarixi faktlar ortaya qoymaqla opponenti üzərində üstünlük qazanıb. N.Paşinyanın heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub.

Azərbaycanlı iş adamı,“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İlham Əliyevlə Paşinyanın Münhen görüşünə münasibət bildirib.

Manevr.az M.Mənsimovun fikirlərini oxuculara təqdim edir:

"Dünən Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər. Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentləri, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş digasi Paşinyana diz çökdürdü. Paşinyan məcbur edildi ki, o, bir tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan sadəcə küçə gədası kimi ağzına gələni danışırdı. Azərbaycan və Ermənistan rəhbərlərinin 2007-ci ildə Soçi görüşü yadıma düşdü. Prezident Putin bağlı qapılar arxasında tərəflərə müraciət edəndə ki, savaşmayın, çəkişməyin, Prezident İlham Əliyev çox gözəl tərzdə təxminən belə cavab vermişdi: “Çəki dərəcələrimiz fərqlidir. Mən onu bir dəfə vursam, palçıq olub divara yapışar, başqa planetə uçar.” O vaxt İlham Əliyevdən bunu soruşanda, o təsdiqlədi ki, belə bir hadisə olub. Mən bundan qürur duydum, hətta buna görə sayın Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. İlham Əliyev Azərbaycanın dövlət başçısı onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq. Mən buna əminəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar