Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək -SUMQAYITDA/ FOTOLAR

Tarix: 17-12-2016 17:52     Baxış: 4617 A- / A+
Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək

Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.

Komediya janrında yazılmış “Oğru” pyesi 1959-cu ildə qələmə alınmış, elə həmin ildə də nüfuzlu “Avansçena” jurnalının birinci mükafatına layiq görülmüşdür. Əsər dünya teatrları səhnəsində dəfələrlə tamaşaya qoyularaq daha çox məşhurlaşıb. Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapmışdır. Onların arasında olan adi məişət münasibəti qadının sevgilisi Dominikin lotoreya ilə böyük məbləğdə pul udması nəticəsində gözlənilmədən kəskinləşir. Hadisələrin gedişi zamanı əsərin baş qəhrəmanı Mişlin böyük məbləğdə pul udmuş sevgilisinin saxta məhəbbətini üzə çıxarır, beləcə əri Kluda olan ailə münasibətini yüksək məcraya yönəldərək sözü gedən pul məbləğindən üstün tutur. Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır Tamaşada rolları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova və Vəfa Qurbanova canlandırırlar.

Teatrımızın səhnəsində ötən mövsümdə premyerası uğurla keçən “Hacı Qara” komediyasıı, azyaşlı tamaşaçılar üçün Azərbaycan xalq nağılı əsasında işlənilən “Cəsurlar”, və “Yeni il şənliyi” də təqdim ediləcək.

Aşağıda tamaşaların saatını və tarixini diqqətə çatdırırıq:

1. 20 dekabr Saat : 18.00 VI gün Marsel Berkye Marinye “Oğru” (premyera)

2. 23 dekabr Saat:10.00 Saat:15.00 V gün Xalq nağılı “Cəsurlar”

3. 24 dekabr Saat:11.00 VI gün M.F.Axundzadə “Hacı Qara”

4. 25 dekabr Saat:10.00 Saat:12.00 Bazar günü M.F.Axundzadə “Hacı Qara”

5. 27 dekabr Saat:13.00 II gün M.F.Axundzadə “Hacı Qara”

6. 28 dekabr Saat:13.00 III gün M.F.Axundzadə “Hacı Qara”

7. 29 dekabr Saat:11.00 Saat:13.00 Saat:15.00 IV gün “Yeni il şənlikləri”

8. 30 dekabr Saat:11.00 Saat:13.00 Saat:15.00 V gün “Yeni il şənlikləri”

9. 31 dekabr Saat:11.00 Saat:13.00 Saat:15.00 VI gün “Yeni il şənlikləri”

10. 01 yanvar Saat:11.00 Saat:13.00 Saat:15.00 Bazar günü “Yeni il şənlikləri”

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar