Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Uşaq pulu”na 18-35 milyard pul lazımdır” - Nazir

Tarix: 13-11-2019 19:13     Baxış: 4240 A- / A+
“Uşaq pulu”na 18-35 milyard pul lazımdır”


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların "uşaq pulu" təklifinə münasibət bildirib.

Manevr.az xəbər verir ki, nazir S. Babayev Milli Məclisdə bildirib ki, bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir: "Sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir. Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var.

Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir.

Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, mimumum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək"./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar