Sizin Reklam Burada
Xəbər lenti
16 oktyabr
15 oktyabr
BÜTÜN XƏBƏRLƏR

“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək…” – MÜBARİZ MƏNSİMOV - VİDEO

Tarix: 12-08-2019 17:20     Baxış: 4167 A- / A+
“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək…” – MÜBARİZ MƏNSİMOV - VİDEO


"Biz bu işi davam etdirəcəyik. 1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək. Yəni tarixdən vəzirovları, digərlərini silmək, bu insanları yaşatmaq lazımdır”.

Bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov Rəsulzadənin adını verdiyi gəminin istismara verilməsindən sonra "Yeni Kanal” youtube kanalına müsahibəsində deyib. O, qeyd edib ki, gənc nəsil Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi insanları tanımalıdır və bunun üçün bu adları yaşatmaq lazımdır.

"Bu bir tarixdir, əslində qürurverici tarixdir. Yaşatmaq lazımdır. Təkcə gəmilərə deyil, küçələrə, şəhərlərə, məktəblərə, hava limanlarına vermək lazımdır. Onları yaşatdıqca, biz özümüzü yaşadırıq. Bu gün bunu tam, istədiyimiz kimi edə bilmirik. Amma davam edəcəyik”.

M. Mənsimov imkanlı iş adamlarının imkansızlara əl tutmasının vacib olduğunu qeyd edib: "Əgər insanın dini-imanı varsa, bilməlidir ki, Allahın ona verdiyi imkan əmaanətdir. Onu zaman gələcək kiməsə ötürəcəksən və ya itirəcəksən. Biz bu işləri "Palmali” ailəsi olaraq edirik. Kimsə o dünyaya nə isə apara bilməyəcək. Kəfənin cibi yoxdur. O dünyaya heç kim pul aparmır. Allah bu imkanı verir və paylaşmaq lazımdır.

Azərbaycanda bu imkanı paylaşanlar çoxdur, sadəcə medianın xəbəri yoxdur. Amma təəssüf ki, paylaşmayanlar da var. Onlara deyirəm ki, o dünyaya heç nə apara bilməyəcəklər. Paylaşsınlar.

Xüsusilə Rusiyadakı azərbaycanlıları çox incidirlər. Bunun qarşısını almaq lazımdır. "Palmali”nin bir prinsipi var: burada 1000 nəfər işləyirsə, onun 60 faizi azərbaycanlı olmalıdır. Paylaşmağı bacarmaq lazımdır. Zatən o dünyaya gedəndə hesabını soracaqlar ki, niyə paylaşmadın? Rusiyadakı iş adamları da bir az öz xalqı üçün çalışsınlar. Yoxsa "Mən azərbaycanlıyam” deyib sinəyə vurmaq önəmli deyil. Hərəkət etmək lazımdır.

Bu gün erməni öz ermənisinə sahib çıxır. Biz niyə bu duyğularda, istəklərdə onlardan güclü olmamalıyıq. Axı onlar bizim çox altımızdadırlar, dabanımızın altındadırlar. Bütün məsələlərdə öndəyik: dövlət, irq, mədəniyyət baxımından. Onlar sadəcə birlik məsələsində bizdən öndədirlər.

Amma bizim bəzi azərbaycanlılar xaricdə qorxusundan boynuna xaç asıb gəzir. Adam dinindən, imanından dönürsə, ondan nə gözləmək olar?

Moskvada diaspora sədri olmaq üçün bizimkilər bir-biri ilə mübarizə aparır. Yaxşılıq etmək üçün mütləq bir kresloda oturmaq lazım deyil. Qardaş, yaxşılıq etmək istəyirsənsə, get elə…

Dövlətin içərisindəki oliqarx nazirlər də var. Çox nazir tanıyıram ki, xaricdə iş açıb, qohumları üçün. Amma bir azərbaycanlı işçisi yoxdur. Qazandığınızın 3-də birini xalqa verin, sonra nə edirsiniz edin. Paylaşın. Zatən oğurlayırsınız. O dünyada qaraj da yoxdur, bağ da yoxdur. Hamımız bir ağ kəfən aparacağıq, boyumuza görə. Onlar kəfəni bir az çox aparacaq, çünki çox kökdürlər…

Azərbaycanın bütün iş adamlarına tövsiyə edirəm, hər şeydən öncə cibimizi deyil, vətənimizi düşünməmiz lazımdır”.

M. Mənsimov bir müddət əvvəl məmurlara etdiyi müraciətin siyasi çaağırış kimi şərh olunmasına da münasibət bildirib: "Mən bu həyatda heç kimdən qorxmuram. Sadəcə Tanrımdan və atamdan qorxuram. Kim nə düşünür, düşünsün. Mənim beynimdə pambıq deyil, İQ var.

Mən heç zaman ikili oynamaram, siyasətlə məşğul deyiləm. Əgər mən kiminsə oğurluğunu aşkar edib deyirəmsə, özündən şübhələnsin, məndən yox. Bir neçə gün əvvəl bir qadın gəlib və uşağını maşınımın altına atır ki, mənə kömək et…

Mən kasıb bir ailədə böyüdüm. 9 uşaq idik. Anam indiki qadınlar kimi deyildi, çörək də bişirirdi, paltar da yuyrdu. Bütün işləri özü görürdü. Bizi də elə böyüdüblər.

Biz hamımız bir-birimizə dəstək olmalıyıq, əl tutmalıyıq. Hələ sən dövlətin içində oturub oğurluqla qazanırsansa, paylaşmalısan. Yoxsa, bir gün onu boğazından çıxaracaqlar. Bu dünyada da olmasa, o dünyada İnkir-Minkir başının üstünü alacaq. Onu düşünsələr anlayarlar ki, mənim bu fikirlərim siyasi məna daşımır. Əgər siyasət istəsəm, Bakıda oturub bunu edə bilərəm. Çünki bir qorxum yoxdur və halal tikə ilə böyümüşəm. Onlar isə haram yeyirlər. İnsanlığın ölməməsi lazımdır”.

Manevr.az










Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar