Sizin Reklam Burada
Xəbər lenti
25 iyun
24 iyun
BÜTÜN XƏBƏRLƏR

Xüsusi təyinatlı şəhidlərimiz: Əsir düşməmək üçün özlərini partlatmışdılar – VİDEO-ŞƏKİLLƏR

Tarix: 10-04-2019 19:04     Baxış: 278 A- / A+
Xüsusi təyinatlı şəhidlərimiz: Əsir düşməmək üçün özlərini partlatmışdılar

22 il öncə düşmənin xeyli canlı qüvvəsini məhv edərək mühasirəyə düşən, ancaq erməni işğalçılarının əlinə keçməmək üçün özlərini qumbara ilə partladan yeddi xüsusi təyinatlı döyüşçünün ildönümüdür.

Bu münasibətlə şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları II Fəxri Xiyabanda onların məzarını ziyarət ediblər. Anım tədbirində iştirak edənlər xüsusi təyinatlı şəhidlərin keçdiyi döyüş yolundan və qəhrəmanlıqlarından danışıblar.

Vüqar Yarəhmədovun ölümündən 5 ay sonra dünyaya gələn oğlu atasının adını daşıdığına görə fəxr etdiyini deyib. O, uşaqlıqdan atasının qəhrəmanlıqları barədə söhbətləri eşidərək böyüdüyünü bildirib.

Şəhid Anar Rzayevin anası Ziyafət xanım isə bildirib ki, oğlu döyüş yoldaşları ilə birlikdə vətən uğrunda qəhrəmancasına vuruşub, təslim olmamaq üçün özünü partladıb.

Qrupun sağ qalan üzvü Aqil Əhmədov 22 il əvvəl əməliyyata gedərkən onlara verilən döyüş tapşırığından söz açıb. Həmsöhbətimiz istənilən zaman döyüşlərə hazır olduğunu bildirib.

Qeyd edək ki, 1997-ci il aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və ermənilər təslim olmalarını tələb edib. Bu təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüşlər başlayıb.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. Aqil Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır. O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə A.Əhmədovu dəyişmək mümkün olub.

Mərhum prezident, Ümummilli lider Heydər Əliyev şəhidlərin hər birini "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib: Leytenant Ağayev Elxan Ataxan oğlu, Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, Çavuş Rzayev Anar Üzeyir oğlu, Çavuş Mustafayev Dinar İbrahim oğlu, Çavuş Həsənov Aqşin Əli oğlu, Çavuş Ələkbərov Nizami Səfi oğlu, Çavuş Cavadov Fariz Şamil oğlu; Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)
azvision.az

Manevr.az

Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım

Çox oxunanlar