Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Qarabağda MÜHARİBƏ ANONSU - Erməni ekspert detalları açdı

Tarix: 04-03-2019 20:10     Baxış: 2667 A- / A+
Paşinyandan Qarabağda MÜHARİBƏ ANONSU - Erməni ekspert detalları açdı

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşə razı olduqlarını açıqladı. Görüşün yeri, vaxtı və təfərrüatları naməlum olsa da, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər yüksək səviyyəli təmasların qurulacağı ehtimalını gücləndirir.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, Minsk qrupunun bəyanatı fonunda Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar diqqət çəkir.

Baş nazir Nikol Paşinyan İrana səfəri zamanı bildirdi ki, Azərbaycan Prezidenti ilə görüş üçün gündəlik mövcud deyil.

O, yenə əvvəlki iddiasını irəli sürərək qeyd etdi ki, yalnız Dağlıq Qarabağ danışıqların dəyərli tərəfi statusunu alacaqsa, o zaman, danışıqlardan danışmaq mümkündür.

"Çünki mən "Qarabağ xalqını" təmsil etmirəm", - deyə Paşinyan bildirdi.

Onun İrana səfərinə paralel olaraq Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru Artuq Vanesyan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etdi və bəyan etdi ki, "ərazilərin bir qarışının belə qaytarılmasından söhbət belə gedə bilməz".

Bu, faktiki olaraq münaqişə ətrafında yaranmış müsbət atmosferin dağılması və müharibə qapısının açılması deməkdir.

Erməni siyasi şərhçi Aram Amatuni də yazır ki, İrəvan danışıqlar yolunu bağlayır və müharibə qapısını açır.

"O zaman sual yaranır, 25 il ərzində Ermənistan "Madrid prinsipləri" üzrə danışıqlara gedirdi, lakin "aprel müharibəsi" niyə baş verdi? Burada velosipedi yenidən ixtira etməyə, yaxud qara otaqda qara pişiyi axtarmağa ehtiyac yoxdur. "Aprel müharibəsi" danışıqların məntiqi üzrə baş verdi. Bundan sonra nələr olacaq? Bu sualın cavabı Ermənistanın dövlət kimi inkişafından asılıdır. Çünki rəqiblə rəqabət danışıqlar masasında yox, inkişafdadır. Bir dövlətin inkişafının 4 sütunu var: ordu, iqtisadiyyat, ictimai-siyasi sistem və mədəni sima. Rəqabət, yaxud rəqiblə mübarizə dövlət keyfiyyətlərinin effektivliyindən asılıdır. Rəqib bu 4 sütunda bizdən yüksəkdədir. Ermənistan nə edəcək, bu istiqamətdə rəqabətə davam gətirə biləcəkmi?", - deyə o bildirib.

Amatuni qeyd edib ki, Ermənistan bu rəqabətə "sprinter" yox, marafon məntiqi ilə baxmalıdır: "Yəni son yaxın deyil, uzaqdır, hətta görünməyəndir. Əgər biz dövlət kimi məntiqli hərəkət etməsək, bizim üçün son hər gün olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar