Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

““Serj, 5 rayonu geri qaytar” dedim, o isə…” - Lukaşenko ilk dəfə açıqladı

Tarix: 14-12-2018 17:21     Baxış: 3310 A- / A+
 ““Serj, 5 rayonu geri qaytar” dedim, o isə…”

Prezident Aleksandr Lukaşenko daha əvvəl Belarusla Rusiyanın birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə danışıb.

Manevr.az Belarus KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bu məsələnin hələ Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sarkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb. Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sarkisyanla söhbətnin məzmununu açıqlayıb:

“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”.

Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib: “Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, əgər həmin rayonlar azad edilsələr orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar