Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında İsrail bayrağı altında təxribat - FOTOLAR

Tarix: 02-11-2016 22:28     Baxış: 71 094 A- / A+



“Yəhudi ermənilər Qarabağa qayıdır” yazmaqla Ermənistan İsraillə Qarabağ məsələsində müttəfiq olduqları təsəvvürü yaratmağa çalışır...

 Laçında İsrail bayrağı altında təxribat

Amma təəssüf ki, bu gün də İsrail XİN saytında Dağlıq Qarabağa səfərlərlə bağlı heç bir xəbərdarlıq yoxdur...

...İsrail bayrağı altında təxminən 10 “CİP” avtomobil Azərbaycanın tarixi torpaqları hesabına qondarılmış “Ermənistan” adlı saxta ölkənin Gorus (1920-ci ilədək Azərbaycan Xalq Cümhuriyyətinin qəzası) rayonundan Azərbaycan Respublikasının erməni işğalı altındakı Laçın rayonu ərazisindəki hüquqi sərhəddini təm-təraqla keçir.


Avtomobillərin bəzilərində həm İsrail, həm də Ermənistan bayrağı, digərlərində isə yalnız İsrail bayrağı gözə dəyir. Sonuncu “CİP”in sağ tərəfində İsrail bayrağı appaçıq sezilir. Maşınların nömrə və seriyaları aydın görünməsə də, “075LT61” nömrəli avtomobilin Latviyaya məxus olduğu aydın olur...

Laçının Zabux kəndi yaxınlığındakı məntəqədə avtomobillərdən düşənlər “Magma” yazılmış qara köynəklərdə olublar...

 Laçında İsrail bayrağı altında təxribat

Qondarma Dağlıq Qarabağ rejiminin Laçının Zabux kəndi yaxınlığında yaratdığı saxta “sərhəd-keçid məntəqəsi”nə çatanda üzərlərində “Magma” yazılmış avtomobillər dayanır. Maşınlardan birindən düşən cavan oğlan ingiliscə öz yoldaşlarından pasportlarını istəyir. Bir topa sənədi yığdıqdan sonra məntəqəyə yaxınlaşıb arada ermənicə də danışa-danışa pasportları təqdim edir. Avtomobillərdən enən digərləri qadınlardır. Üzərlərində iri hərflərlə “cip”lərdəkiylə eyni dəst-xətlə “Magma” yazılmış qara köynək geyiniblər. Biri-birinə gülə-gülə nəsə deyirlər. Səhv etmirəmsə, həm ingilis həm də yəhudi dilində danışırlar...

“Yəhudi erməniləri Qarabağa qayıdırlar”?..


Bu, hansısa filmdən kadrların təsviri deyil. Ermənilərin 2012-ci il oktyabrın 25-də YouTubeyə yüklədiyi gerçək video-görüntülərdir. Ermənistanın panorama.am saytı tərəfindən yüklənmiş videonun başlığına belə yazılıb:”Yəhudi erməniləri Qarabağa qayıdırlar”... Bu məsələni yenidən gündəmə gətirməzdik. Amma məsələ bundadır ki, həmin video-görüntülər bu gün də baxılır və Azərbaycanın ərazi bütövlüyünü, eləcə də Azərbaycan-

İsrail münasibətlərini şübhə altında qoyur...

 Laçında İsrail bayrağı altında təxribat

Yəqin ki, Ermənistan xuntası və onların havadarları bununla guya Qarabağın yəhudilərlərlə ermənilərin müştərək torpağı olması təəssüratını yaratmaqla İsrail dövlətini də həm Qarabağ, həm də Türkiyədəki qondarma “erməni genosidi” məsələsində öz tərəflərində təsəvvür etməyə çalışırlar. Eyni məqsədlə arabir ermənilərin yəhudilərlə eyni gendən törədikləri barədə informasiyaları da ortalığa atırlar...

Rəsmi İsrail daim Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib...


 Laçında İsrail bayrağı altında təxribat

Amma İsrail dövləti münaqişənin başlandığı 1990-cı illərdə də və xüsusən son illər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, onun haqlı mövqeyini daim müdafiə etdiyini aşkar şəkildə bildirib. Bu ölkənin əksər sahələrdə, o cümlədən hərbi sahədə dövlətimizə dəstəyi hiss olunur. Hətta bu ilin aprelindəki döyüş əməliyyatlarından sonra 80 minə yaxın Azərbaycan əsilli yəhudinin Qarabağın azadlığı uğrunda vuruşmağa hazır olmaqları haqda informasiyalar yayılmışdı. Bütün bunlara rəğmən 2012-ci ilin yayında İsrail vətəndaşı olan şəxslərin işğalçı Ermənistan ərazisindən keçərək Azərbaycan sərhəddini pozması faktı olub.

İsrail səfiri Azərbaycan XİN-ə çağırılıb...

Araşdırmamızdan bəlli oldu ki, sözügedən avtomobil karvanlarında Azərbaycanın beynəlxalq qanunlara uyğun mövcud sərhədini pozaraq Laçın rayonuna təşrif buyuranlar həqiqətən İsrail vətəndaşları olub. Və bu görüntülərdəki kişi və xanımlar 2012-ci ilin iyulunda rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə səfər etmiş İsrailin “Magma Challenge” ekstremal turizm layihəsinin iştirakçıları kimi təqdim edilib. O dövrün yerli və xarici mediasının yazdığına görə, həmin turistlər(?) Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər bölgələrini də gəziblər. Ermənistan və İsrail bayraqları da “cip” maşınların üzərində səyahət boyu dalğalandırılıb. Təbii ki, İsrail turistlərinin Qarabağ ekskursiyası rəsmi Bakının qəzəbli reaksiyasına səbəb olub. İsrailin Azərbaycandakı səfiri XİN-ə çağrılaraq ona etiraz notası təqdim edilib. Bu barədə 2012-ci ilin iyulunda İsrailin “Yediot Axronot” nəşri də yazıb. Onu da xatırladaq ki, sözügedən turizm(?) səfərindən az öncə İsrailin bir qrup kənd təsərrüfatı mütəxəssisi Ermənistanla yanaşı, Dağlıq Qarabağa da səfər etmiş, ermənilərə işğal etdikləri Azərbaycan torpaqlarında kənd təsərrüfatını inkişaf etdirmək barədə tövsiyələr vermişdi. Bundan sonra isə Ermənistan və Dağlıq Qarabağ mütəxəssisləri İsraildə keçirilmiş ”Mashav-2012” aqrar forumunda iştirak etmişdilər...



İsrail turizm şirkətinin rəbhəri:”Bizə rəsmi Təl-Əviv, nə də Bakıdakı səfirimiz Dağlıq Qarabağa səfərin mümkünsüzlüyü barədə heç bir xəbərdarlıq etməyib...”

Azərbaycan rəsmilərinin sözügedən qeyri-qanuni səfərə etirazından sonra İsrail tərəfi adı çəkilən turizm şirkətinə müraciət edib və sonda guya turistlər bayraqları maşınlarından çıxarıblar. “Yediot Axronot”un məlumatına görə, Azərbaycan xüsusi xidmət orqanları ekskursiyanı təşkil edən “Magma Challenge” turizm firmasına izahat tələbi ilə müraciət edib, bundan sonra rəsmi etiraz notası verilib. Öz növbəsində, “İzRus” portalı bildirirb ki, bu səfəri təşkil edən şirkət “ ” adlanır. Bu özəl qurum bütün dünya üzrə turizm səfərləri təşkil edir. “Magma Challenge” layihəsi isə müstəsna olaraq qadınlar üçün ekstremal turizm layihəsidir və ciplərlə ərəb ölkələri, Afrika, Balkanlar və dünyanın digər regionlarındakı ekzotik yerlərə ekskursiyalardan ibarətdir.

O zaman İsrailin Azərbaycandakı səfirliyindən geniş şərh almaq mümkün olmayıb. Ancaq exo.az saytı məsələnin vacib bir tərəfini aydınlaşdırmışdı. Belə ki, Azərbaycan dövlət qurumlarının ona ünvanlanmış sorğusundan sonra, “Magma - Travel in the World LTD” şirkətinin rəbhəri Menahem Abadi “İzRus” portalına açıqlamasında bildiribdi ki, ona Dağlıq Qarabağa getməyin problemli olması barədə İsrailin hər hansı rəsmi qurumu, eləcə də bu ölkənin Azərbaycandakı səfiri Mixael Letom tərəfindən heç bir xəbərdarlıq edilməyib. “O yalnız bizim Dağlıq Qarabağa hansı məqsədlə getməyimizi bilmək istədi. Mən də dedim ki, söhbət turizmdən gedir. Biz yoxladıq ki, Qarabağa getmək olar. Və inandıq ki, heç bir problem yoxdur. Biz həmişə öncədən yoxlayırıq. Oraya getmək barədə heç bir yazılı xəbərdarlıq yoxdur . Bizə Qarabağa getməyi qadağan etməyiblər. Rəsmi İsrail tərəfindən heç bir problem olmayıb. Əgər belə bir qadağa olsaydı, biz o səfəri təşkil etməzdik”-deyə İsrail turizm şirkətinin rəhbəri bildirib.

 Laçında İsrail bayrağı altında təxribat

İsrailin Azərbaycandakı səfiri yalan danışıb?

Digər bir təzadlı nüans da var. İsrailin o dövrdə Azərbaycandakı səfiri Mixael Lotem mediaya açıqlamasında Azərbaycanın işğal altındakı ərazilərinə İsrail bayrağı altındakı səfərin özəl xarakter daşıdığını və bunun İsraail dövlətinin rəsmi mövqeyini əks etdirmədiyini bildirib. Səfir eyni zamanda İsrail XİN-in rəsmi saytında Dağlıq Qarabağa səfərlərlə bağlı rəsmi xəbərdarlıq yerləşdirildiyini və turistlərin də bundan xəbərdar olduğunu vurğulayıb. Ancaq elə həmin vaxt “Exo” nəşrinin müxbiri İsrail XİN-in saytında belə bir xəbərdarlığın olmadığını aşkarlayıb. Və öncə söylədiyimiz kimi, sözügedən turizm şirkətinin rəhbəri ona İsralin heç bir rəsmi qurumu tərəfindən xəbardarlıq edilmədiyini bildirib. Onu da təəssüflə qeyd edək ki, məlum diplomatik qalmaqaldan 4 il keçməsinə rəğmən bu gün də İsrail XİN-in saytında Azərbaycanın işğal altındakı ərazilərinə səfərlərlə bağlı heç bir xəbərdarlığa rast gəlinmir. Üstəlik, yazının girişində xatırlatdığımız video-görüntülər 4 ildir ki, You-Tube-də saxlanılır. Və bu görüntüləri seyr edən istənilən Azərbaycan, İsrail, eləcə də digər xarici ölkə vətəndaşında belə bir təsəvvür yaranır ki, kim istəsə, sərbəst şəkildə sənədlərini düzəldib Dağlıq Qarabağa və ətraf bölgələrə səfər edə bilər.

Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri ərəfəsində...

İnanırıq ki, istər Azərbaycan, İstərsə də İsrail dövləti iki dövlətin münasibətlərinə xələl gətirmək məqsədi güdən belə görüntülərin You-Tube resursundan silinməsi üçün lazımi tədbirlər görə bilər.Yəqin ki, Azərbaycan-İsrail münasbətlərinin yüksələn xətlə inkişaf etdiyi bir məqamda, İsrailin baş naziri cənab Benyamin Netanyahunun Bakıya gözlənilən səfəri ərəfəsində xatırlatdığımız qalmaqalların təkrarlanmaması və düşmən təxribatlarının baş tutmaması üçün hər iki dövlətin müvafiq qurumları ayıq-sayıq olacaqlar...

Sultan Laçın Moderator.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar