Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qardaş dul bacısını yad kişi ilə tutduğu üçün öldürdü - Avşerondakı DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Tarix: 19-10-2017 11:05     Baxış: 7424 A- / A+
Qardaş dul bacısını yad kişi ilə tutduğu üçün öldürdü
Keçmişin qalıqları ölkədə daha bir qəddar cinayətin səbəbi olub. Belə ki, oktyabrın 17-də Abşeron rayonunun Saray qəsəbəsində qardaşı öz bacısını "namus üstündə" öldürüb.

Manevr.az xəbər verir ki, bu barədə sputnik azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı doğma qardaşı tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Qardaş öz aləmində bu əməli ilə ailənin namusunu qoruyurmuş. Kişi Süleymanovanın üzünə ov tüfəngindən atəş açıb və cinayəti törətdiyi yerdən qaçaraq gizlənib. Hazırda Abşeron RPİ-nin əməliyyatçıları şübhəli şəxsi axtarırlar. Onun adı hələlik açıqlanmır. Polisdə şübhəlinin respublika ərazisini tərk edib-etmədiyi barədə məlumat yoxdur.

Sadəcə o məlumdur ki, qızın 3 qardaşı var. Cinayəti onlardan biri törədib. İlkin məlumata görə, qardaşı dul qalmış bacısını başqa bir kişi ilə əlaqə zamanı tutub. Onun fikrincə, bacısının şəxsi həyatını qurmaq hüququ yoxdur, əgər buna cəhd etsə, yaxasını yalnız ölümlə qurtaracaq. Buna görə də, qardaş ailə rüsvayçılığını qanla yumaq qərarına gəlib.

Süleymanova iki uşaq anası olub.

AR DİN-in məlumatına görə, 2017-ci ilin ilk yarım ilində respublikada 80 qəsdən törədilmiş qətl hadisəsi qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu 11 nəfər azdır.
2016-cı ildə Azərbaycanda 179 qətl törədilib. Burada qətllərin sayının aşağı düşməsi (24 hadisə) tendensiyasını da qeyd etmək lazımdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar