Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qətli Baş Prokurorluğun və DİN-in vəzifəli şəxsləri araşdıracaq - RƏSMİ

Tarix: 12-08-2020 19:27     Baxış: 4233 A- / A+
Bu qətli Baş Prokurorluğun və DİN-in vəzifəli şəxsləri araşdıracaq - RƏSMİ


Baş Prokurorluq Bərdədə törədilən qətllə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

İlkin araşdırmalarla müəyyən olunub ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırovla rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanmış, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar