Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə qadın alveri edən Gülbəniz hakim qarşısına çıxarıldı

Tarix: 03-05-2019 21:34     Baxış: 3198 A- / A+
Türkiyədə qadın alveri edən Gülbəniz hakim qarşısına çıxarıldı

Azərbaycanda qadın alveri etməkdə ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

İttihama görə, ötən ilin noyabrın əvvəllərində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyeva tutularaq istintaq orqanına təhvil verilib.

Məlum olub ki, Gülbəniz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb. Orada həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

2018-ci ilin əvvəlində Azərbaycana qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər. Şikayətlər araşdırılıb, Gülbəniz Quliyevanın insan alveri cinayəti törətməsi məlum olub, həmin ilin əvvəlində onun barəsində axtarış elan edilib.

Gülbəniz Quliyeva bu günlərdə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Gülbəniz Quliyeva evlidir, orta təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Onun qadın alveri ilə məşğul olan mütəşəkkil dəstənin başçısı olduğu qeyd edilir.

Bu cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Gülbəniz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar