Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

Tarix: 12-12-2018 16:46     Baxış: 2350 A- / A+
DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir



Elə qətl hadisələri var ki, onları oxuyanda insanın tükləri biz-biz olur, damarlarında qanı donur.

Manevr.az xəbər verir ki, bəzən bu qatillər silsilə cinayətlər törədirlər. Bu gün oxucularımıza dünyanın ən zalım silsilə cinayət törədən qatillərinin siyahısını təqdim edirik.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

1.Polis qatil Popkov

54 yaşlı keçmiş rus polisi Mixail Popkov 22 cinayətindən sonra daha 56 nəfəri qətlə yetirdiyini etiraf edib. Onun etirafı dünyanı şoka salmışdı. Qana doymayan Popkovun ümumi 78 cinayət törətdiyi bilinir.

Məhkəmə qurbanların az qala hamısının qadın olduğunu,ancaq bir kişi meyitinə rast gəlindiyini bildirib. İncələmələr nəticəsində öldürülən kişinin də polis olduğu məlum olub.

Popkov 22 cinayətə görə 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Onun qurbanları yaşı 16-40 arasında dəyişən qadınlar olub. O, gecə saatlarında qadınlara evə qədər ötürməyi təklif edib və qurbanlarını öldürüb.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

2.Şahmat taxtası qatili

Aleksandr Piçuşkin Moskvada 4 il ərzində 48 nəfəri qətlə yetirib. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib. Qatil etiraf edib ki, öldürmək istədiyi hər bir insan üçün şahmat taxtasının bir xanasına öldürdüyü insan yerinə xətt çəkirmiş. O, sərxoş və yaşlı kişiləri özünə qurban seçirmiş.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

3.Rostov qəssabı

12 il ərzində aralarında uşaqlar, gənclər və cinsi ehtirasını söndürmək üçün oğurladığı qadınlar olan 52 nəfəri öldürüb. Keçmiş müəllim olan Andrey Çikatilo 1994-cü ildə edam edilib.


DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

4. ABŞ-ın ən böyük silsilə qatili

ABŞ-ın Texas ştatında həbsdə olan və məhkəməsi hələ də davam edən Semuel Littl 90 nəfəri öldürdüyünü etiraf edib. Bu etirafdan sonra Federal Təhqiqatlar Bürosu araşdırma apararaq, Semuelin qurbanlarının əsasən narkotik maddə aludəçiləri və seks kölələri olduğunu üzə çıxarıb. Əgər onun cinayəti sübuta yetirilsə, ABŞ-ın ən böyük silsilə qatili ünvanını əldə edəcək.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

5.Yaşıl çay qatili

14 il əvvəl 50 fahişəni qətlə yetirdiyini etiraf edən amerikalı Qeri Ridqveyin cinayət keçmişi 2003-cü ildə başlayır və qanlı plan 1980-ci illərin əvvəlində qurulub. Yaşıl çay qatili ünvanı isə onun ilk qurbanının meyitinin su yolunda tapılması olub. Qeri hələ də həbsdədir.


DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

6.Doktor Ölüm

2000-ci ildə 15 yaşlı xəstəsinə qəsdən morfin verdiyini etiraf edən ailə həkimi Herold Şimpan etdiyi etirafdan sonra ömürlük həbsə məhkum edilib. 1971-1998-ci illər arasında 250-ə yaxın xəstəni qətlə yetirib. Bu səbəbdən İngiltərənin ən pis silsilə qatili sayılır. Həbsinin 4-cü ilində özünü asaraq intihar edib.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

7.Genuya canavarı

Əsl peşəsi səyyar satıcılıq olan Luis Alfredo Qaravito 1990-cı illərin əvvəlində 189 oğlan uşağını öldürdüyü üçün 2000-ci ildə 835 il müddətinə həbs edilib. Kolumbiyada anadan olan Qaravito qurbanları ilə xeyriyyəçi, satıcı, rahib və əlil insan cildinə girərək tanış olub.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

8.And dağları canavarı

1980-ci ildə Ekvadorda gənc bir qadını qaçırmağa çalışarkən, bir marketdə həbs edilən Pedro Lopez Monselve 16 il müddətinə həbs edilib. Həbsdən sonra And dağları canavarı ləqəbli cinayətkar Kolumbiyaya ekstradisiya edilib. Burada isə bir psixiatrik klinikaya göndərilmişdi. Monselve isə xəstəxanadan qaçıb. Hazırda onun 70 yaşı var.

DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

8.Alman tibb bacısı

Dedektivlər 41 yaşlı tibb bacısı Niels Hegeli Almaniyanın şimalında işləyərkən xəstəxanalarda qulluq etdiyi 100 xəstəyə ölümcül dozada dərman verərək ölümünə səbəb olduğunu bildiriblər. Qəbirlərdən çıxarılan meyit qalıqları test ediləcək və məhkəmənin son prosesi may ayında keçiriləcək. Əgər Hegelin cinayətləri sübuta yetirilsə, ikinci dünya müharibəsindən sonra ən çox insan öldürən silsilə qatil ola biləcəyi ehtimal edilir. Dedektivlər alman tibb bacısı ləqəbli Nielsin daha çox insan öldürdüyünü, meyitləri isə yandırdığını düşünürlər./“ölkə.az” /

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar