Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa daha 30 “Lapşin” göndərilib - “Tupoy Qaqo”nun xarici dostları...

Tarix: 19-03-2017 09:44     Baxış: 4439 A- / A+
Qarabağa daha 30 “Lapşin” göndərilib


Rusiyadan daha bir qrup bloqqer və jurnalistlərin Ermənistan üzərindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin təşkil olunmasının yeni təfərrüatları məlum olub.

Manevr.az xəbər verir ki, ekstremist çağırışları ilə tanınan və ötən gün özünün “Jivoy Jurnal”dakı bloqunda Azərbaycanın ünvanına təhqirlər yağdıran Anton Nosiklə yanaşı bu qrupa cəmi 11 ölkədən 30 bloqqer-jurnalist daxildir. Onlar martın 19-20-də Xankəndində erməni separatçı rejiminin və Dağlıq Qarabağ jurnalistlər ittifaqının təşkil etdiyi “beynəlxalq forumda”iştirak edəcəklər.

Təşkilatçılar bildirirlər ki, “konfransın” işi canlı yayımla YouTube kanalından və Facebook-dan yayımlanacaq. Bu səbəbdən Azərbaycanın müvafiq strukturlarının əməkdaşları hazırda Novruz bayramı tətili olmasına baxmayaraq öz istirahətlərini pozub həmin “konfransa” qatılanların kimliklərini təsbit etməli, onların barəsində ləngimədən müvafiq prosedurları başlatmalı və Anton Nosik kimi tiplərə qarşı ayrıca olaraq cinayət təqibinə start verməlidir.

Qarabağa daha 30 “Lapşin” göndərilib

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-a bildirib ki, onlar işğal altındakı ərazilərə qanunsuz səfər edən rusiyalı bloqqerlərlə bağlı məsələni araşdırıb müvafiq addım atacaqlar.

Lakin Azərbaycanın işğal altındakı ərazilərini ermənilərlə birlikdə tapdalamağa hazırlaşanlar təkcə çoxu Rusiyadan olmaqla bloqqerlər deyil. Ermənistan oliqarxı, “Tupoy Qaqo” ləqəbli Qaqik Tsarukyan ötən gün özünün Razdan şəhərindəki seçki mitinqində bildirib ki, onun “Tsarukyan” seçki blokunun xarici dəstəkçiləri Ermənistandadır. Tsarukyanın bildirdiyinə görə, bunların arasında Avropadan mühafizəkar partiyaların təmsilçiləri, Avropa Parlamentinin deputatları, ABŞ və Avstraliyanın Respublikaçılar partiyalarının nümayəndələri var.

“Sabah onlar Ermənistan-Türkiyə sərhədinə gedəcəklər və sərhədin açılması məsələsini qaldıracaqlar. Növbəti dəfə isə onlar birlikdə Qarabağa gedəcəyimizi bildiriblər”-Tsarukyan elan edib. O, “növbəti dəfə”nin tarixini göstərməyib.

Qarabağa daha 30 “Lapşin” göndərilib

Xatırladaq ki, Azərbaycan dəfələrlə Qarabağa Bakıdan icasəsiz səfərlər edən və öz bloqunda Azərbaycanın ünvanına təxribatçı çağırışlar edən rusiyalı bloqqer Aleksandr Lapşinin Belarusda saxlanılmasına və ekstradisiyasına nail olub. Ermənistan və dünya erməniləri bundan bərk narahat olublar. İndi onlar Lapşinin həbsinin xaricilərin Dağlıq Qarabağa səfərlərinə əngəl yaratmayacağını sübut etmək üçün bütün güclərini səfərbər ediblər.(Virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar