Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var” - Almaz Həsrət

Tarix: 14-03-2017 22:47     Baxış: 31 138 A- / A+
“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”


Dövlət İmtahan Mərkəzi ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.

Qeyd edək ki, indiyədək elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.

Ekspert Almaz Həsrət deyir ki, Azərbaycanda dərsliklərin hazırlanması və onların siyasəti yönündə işlər görülür:

“Bütün dərsliklərin Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən monitorinqinin aparılmasına ehtiyac var. Hər iki qurumun nəzarəti gücləndirməsi və qiymətləndirməni aparması daha dolğun nəticəyə əsaslanan və keyfiyyətli dərsliklərin ərsəyə gəlməsində çox yüksək rol oynaya bilər”.

“Bəzən ekspertlərin bilgisi müəllifdən yüksək olmur. Ekspertlərin seçiminə xüsusi diqqət ayrılmalıdır. Hər müəllim ekspert ola bilməz. Ancaq tam mükəmməl biliyə sahib, metodiki cəhətdən potensialı güclü olan müəllimlər dərsliklərin qiymətləndirilməsində iştirka edə bilər”
– deyə o bildirib.(sputnik)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar