Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Rəsul Çunayevi tənqid etmək cahillikdir" - Deputat Aydın Mirzəzadə

Tarix: 17-08-2016 15:37     Baxış: 2445 A- / A+
"Rəsul Çunayevi tənqid etmək cahillikdir"

“Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçimiz Rəsul Çunayevi erməni güləşçiyə məğlub olduğuna görə qınamaq cəhalətdir”.

Bu fikirləri AzVision.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Deputat vurğulayıb ki, Rəsul Çunayev Azərbaycanın fəxri olan idmançılarındandır və gənc olmasına baxmayaraq, adını dünya səviyyəsində tanıtdıra bilib:

“Çunayev Olimpiadada kifayət qədər güclü olduğunu nümayiş etdirdi. Təəssüf ki, yarımfinalda etdiyi kiçik səhv onun məğlubiyyəti ilə nəticələndi. Əgər yarış yenidən keçirilsəydi, Rəsul erməni idmançısını mütləq məğlub edərdi. Təsadüfi deyil ki, Ermənistanın həmin güləşçisi serbiyalı idmançıya məğlub oldu və finala təsadüfi çıxdığını göstərdi”.

Millət vəkili qeyd edib ki, idman həmişə uğur, bəzən isə gözlənilmədən uğursuzluq deməkdir: “Ona görə də kimisə hansısa dövlətin və ya millətin nümayəndəsinə görə qınamaq cəhalətdən başqa bir şey deyil. İdmanda uğur qazanmaq çox çətindir. Burada fiziki hazırlıq, illərlə məşqlər, psixoloji gərginlik böyük rol oynayır. Rəsulun üçüncü yer uğrunda yarışda dünya çempionu olan koreyalı idmançını vaxtından əvvəl məğlub etməsi sübut etdi ki, o, böyük idmançıdır”.

YAP-çıp deputat əlavə edib: “Ötən gün sosial şəbəkələrdə Rəsul Çunayevin yeganə uğursuzluğu ilə bağlı geniş müzakirələr aparıldı. Bu müzakirələr zamanı mütləq əksəriyyət idmançımızı müdafiə etdi. Müvəffəqiyyətlər hər zaman cəmiyyətin sevincinə səbəb olur, uğursuzluqlar isə əksinə cəmiyyətin birliyinə təkan verir. Dünənki uğursuzluq cəmiyyətimizi daha da birləşdirdi, öz oğullarına inamı artırdı. Hesab edirəm ki, Rəsul dünən bürünc medal qazanmasaydı belə, yenə də xalq onu dəyərli oğlu kimi sevəcəkdi”.

A.Mirzəzadə bildirib ki, dünənki yarışın yekunu göstərdi ki, Ermənistan cəmiyyətində hər sahədə Azərbaycandan oğurluq kütləvi hal alıb: “Rəsul Çünayevə təsadüfən qalib gələn erməni güləşçisinin hərbi salam verməsi göstərdi ki, bu, ermənilər tərəfindən hazırlanan provakasiya idi. Əminəm ki, Rəsul bundan sonra da bütün idman yarışlarında Azərbaycanın adını yüksəklərə qaldıracaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar