Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

KİVDF-dən çıxan baş redaktor: “Hamı həqiqəti bilməlidir”

Tarix: 20-04-2020 19:32     Baxış: 4196 A- / A+
KİVDF-dən çıxan baş redaktor: “Hamı həqiqəti bilməlidir”

"Yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova işdən azad olunmağım barədə ərizə təqdim etdim".

Manevr.az xəbər verir ki, bu sözləri "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) uzaqlaşdırılmasından danışarkən deyib.

Aydın Quliyev qeyd edib ki, hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün hamı həqiqəti bilməlidir:

"Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim. Neçə illik təcrübəmə söykənərək bu ötən müddətdə işə çiyin verdim... Dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova apardığım ştatdankənar işdən azad olunmağım barədə ərizə təqdim etdim. Ərizəm qəbul olundu".

Aydın Quliyev hazırda "Bakı-xəbər" qəzetinin başında olduğunu deyib:

"Dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılovun qurumun bütün əməkdaşlarını işdən çıxarması barədə mətbuat məlumat yayılıb. Onların arasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də vardı.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar