Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ayna...Qürub...Qar..."-Aydan Ayın üç kəlməlik hekayəsi...

Tarix: 29-01-2020 17:36     Baxış: 2563 A- / A+
"Ayna...Qürub...Qar..."-Aydan Ayın üç kəlməlik hekayəsi...ESSE...

Nə olub qızım? Yenə dalğın-dalğın üzümə baxırsan...
- Heçnə.
Ana, mən hər şeyi unudaram, bircə sənin üzünü ölənəcən unutmaram...
Gözlərimdə gecə düşsə, qorxma.
Hər gün anama bu sözləri pıçıldayırdım.
"Gözlərimdə gecə düşsə, qorxma..."
O hər getdiyi yerə işığın əlindən tutub, işığın izinə düşüb gedərdi. Danışırdı ki, ömründə bircə dəfə işığı özüylə aparmağı unudubmuş. Ürəyi köksündən uçub, atamın ürəyinə köç etdiyi gün. Hə, o gün anam işığa məhəl qoymayıb, ürəyinə etibar edibmiş. İşığın izini itirsə belə, ürəyinin iziylə getməyi üstün tutan adamlar olur.
Anam kimi...
İndi düşünürəm, nahaq! Gərək getməzdi. Getməsəydi,bəlkə onu salamlayan mən olmayacaqdım amma heç olmasa illər sonra peşmanlıq da salamlamazdı onu. Atam onun üçün uzaqdan baxanda dibi görünməyən quyu, bulanıq su idi. Anam ürəyinin izi ilə gəlib ona çatanda bilmişdi bunu... Atam heç vaxt onun köksünə başını qoyub, ürəyini dinləmirdi.
Anamın uzun, zil qara saçları vardı. Şükür, həyat hələ onun saçında qara dönməyib. Əllərində ömrü hələ körpədi...

Həəə... Gələk dağ başındakı o evimizə. Üzü dənizə baxan, baxdıqca adama uzaqlığı, uşaqlığı xatırladan evimizə... Atam o evi taleyi duyub almışdı elə bil. Yuxarı baxırdın göy, aşağı baxırdın uçurum. Uşaq idim, düşünürdüm, yəqin bizi bura ona görə gətirib ki, anamın ömrü axsayıb düşsün o uçurumdan sonsuzluğa.
Çox qorxmuşdum, onda da pıçıldamışdım anama. "Gözlərimdə gecə düşsə, qorxma..."
Hər şeyə rəğmən ən çox o evdə sevinmişdi uşaqlığım.
Və yenə o evdə anlamışdım ataların tale olduğunu. Yadımdadı, qış idi, dizəcən qar vardı nə hikmətdisə. Elə yağırdı, elə bil yerdə təkcə anamı, atamı bir də məni tanıyır. Elə yağırdı, elə bil hər şeyi bilir... Elə yağırdı, elə bil ünvanına çatmayan məktubdu, oxunmamış itəcək...
O qışın soyuğu sən demə, atamın canına hopmağa gəlibmiş. Yiyəsiz ah kimi...

Bu yazdığım şeir deyil, hekayə deyil. Üzünüzü bu yazıya tutanda baxdığınız yerdən sizə görünən nə oldu, bilmirəm.
...Açılmayan qapı, mənə can atmayan ömür, közərən işıq...
Desəm, bu "danışdığım bir hekayəydi" deməzsiniz ki, Ay, axı bu hekayə qırıq-qırıqdı?...
Sizə üç kəlmədə yazım bu hekayəni.

Ayna...Qürub...Qar...
Ayna... Qürub...Qar...
Ayna...Qürub...Qar...

Təkcə yol fani deyil.

Ana, Ana!
Qar əridi?...
Atam getdi?...
Sən...Sən yaxşısan?...

Gözlərim qaralır...Gecə düşür... Qorxma!

Aydan Ay
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar