Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi əbədiləşdirilə bilər

Tarix: 13-01-2020 18:48     Baxış: 4171 A- / A+
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi əbədiləşdirilə bilər

Gürcüstanda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət hazırlanıb.

Manevr.az xəbər verir ki, müraciət müəllifləri Z.Yaqubun anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində şairin adını daşıyan Poeziya evinin inşa olunmasını təklif edirlər.

Kəpənəkçi kənd sakinlərinin imzaladığı müraciətdə Poeziya evi üçün torpaq sahəsinin ayrılması xahiş olunur.

Müraciətin müəlliflərindən biri Ramiz Bəkirov “Report”a bildirib ki, sənəd Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşvelianiyə ünvanlanıb.

Onun sözlərinə görə, müraciət digər aidiyyəti dövlət qurumlarına da təqdim olunacaq: “Zəlimxan Yaqub söz adamı və ictimai xadim kimi Azərbaycan və Gürcüstan arasında ədəbi, mədəni əlaqələr və dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətləri olan şəxsiyyətdir. İnanıram ki, dövlət qurumları Gürcüstanda onun adını daşıyacaq Poeziya evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətə baxaraq müsbət qərar qəbul edəcəklər.”.

Qeyd edək ki, yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olacaq.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar