Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qərib axşamlar"ın həzin səsi və ya Günel Natiq kimdir?- Nazilə Gültac yazır

Tarix: 01-12-2019 14:49     Baxış: 3800 A- / A+
"Qərib axşamlar"ın həzin səsi və ya Günel Natiq kimdir?- Nazilə Gültac yazır

Günel Natiqin yeni "Məhəbbət quşları" kitabı oxuculara təqdim olunacaq.

Manevr.az xəbər verir ki, dekabr ayının 4-ü saat 14: 00 da AYB-nin "Natəvan" klubunda tanınmış yazar, bir-çox radio verlişlərinin müəllifi və aparıcısı olan Günel Natiqin yeni "Məhəbbət quşları" adlı hekayələr kitabının təqdimatı keçiriləcək. Tədbir "Könül korpüsü" layihəsinin rəhbəri, şair-tərcüməçi Nazilə Gültacın təqdimat və təşkilatçılığı ilə adı çəkilən layihə çərçivəsində keçiriləcək.
"Qərib axşamlar"ın həzin səsi və ya Günel Natiq kimdir?- Nazilə Gültac yazır

Günel xanıma uğurlar arzulayır və Nazilə Gültacın yazıçı haqqında yazısını təqdim edirik:

"Qərib axşamlar"da həzin və gözəl bir insanın səsi eşidilir. Müəllif və aparıcı olan Günel Natiq kimdir?

Günel Natiq Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olub. 15 ildən artıqdır ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan Radiosunda bir çox layihələrin müəllifidir. Tədqiqatyönlü verilişlərdən olan “Aşıq gördüyünü çağırar”, “Xeyrə qənşər”, “Söz naxışı”, dünya və Azərbaycan ədəbiyyatından bəhs edən “Qərib axşamlar” verilişlərinin müəllifi və aparıcısıdır.
Uzun illər “Gündoğandan-günbatana” verilişinin müəllifi olub. Türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında proqramlar hazırlayıb. Türkçülüyün təbliğində bu proqramın müəyyən rolu olub.
“Qərib axşamlar” verilişi radio hekayələrini təqdim edir. Günel Natiq bu proqramla dinləyicilərin ürəyindən xəbər verib, insanların yaşantılarına həssaslıqla güzgü tutub.
“Qərib axşamlar” efirə vəsiqə aldığı ilk illərdə qaçqın və köçkünlərin həyatından radio hekayələr təqdim edib. Sonrakı illərdə proqramın qəhrəmanları Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələri olub. Günel Natiq Azərbaycan ədəbiyyatını özünəməxsus tərzdə təqdim edib. Proqram hekayə janrına yaxın üslubda hazırlanıb.
“Qərib axşamlar” AZTV radiosunun tarixində ən yaxşı verilişlərdən hesab olunur. AzTV-nin jurnalında bu veriliş haqqında xüsusi reportaj hazırlanıb.
“Söz naxışı” verilişi həm mövzu, həm məzmun cəhətdən ən original radio proqramlardandır. Bu verilişdə “sözə naxış vurulur”, sözlərin mifoloji kökü araşdırılır, fəlsəfi nöqteyi-nəzərdən şərh edilir, elmi-estetik cəhətdən informasiya verilir.
2010-2012-ci illərdə Azərbaycan Televiziyasında incəsənətdən bəhs edən “Şəbəkə” müəllif proqramını hazırlayıb. Proqramın hər bir sayı tamaşaçılar tərəfindən maraqla qarşılandığından təkrar-təkrar nümayiş etdirilib.
Məqalə və hekayələri “Azərbaycan”, “Ulduz”, “Yazı” , “Bənövşə”, “Ustad” jurnallarında, “Aydın yol”, “Kaspi” və s. qəzetlərdə çap olunub. Bir çox saytlarda məqalə, esse və hekayələr, eləcə də köşə yazılarıyla çıxış edib. Habelə Türkiyənin saytlarında yazıları dərc olunub.
2015-ci ildə hekayə, esse, portret yazılar və araşdırmalardan ibarət “Kağız gəmilər” kitabı işıq üzü görüb.
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Məhəbbət quşları” kitabı müəllifin ikinci kitabıdır. Bu kitab qısa həcmli hekayələrdən ibarətdir.

Manevr.az
"Qərib axşamlar"ın həzin səsi və ya Günel Natiq kimdir?- Nazilə Gültac yazır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar