Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda maraqlı tədbir: dəvətnamələri helikopterlərlə payladılar - VİDEO

Tarix: 18-11-2019 21:53     Baxış: 4209 A- / A+
Sumqayıtda maraqlı tədbir: dəvətnamələri helikopterlərlə payladılar - VİDEO


Sabah Sumqayıt şəhərinin 70 illiyi qeyd ediləcək. Bu münasibətlə Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb və onlar bayram tədbirinə dəvət ediliblər.

Manevr.az-ın məlumatına görə, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb.

Helikopterlərdən atılan dəvətnamələrdə "Sizi, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə 19 noyabr 2019-cu il tarixdə, saat 10:00-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək təntənəli yubiley tədbirinə və axşam saat 18:00-da möhtəşəm bayram konsertinə dəvət edirik" sözləri yazılıb.

Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə noyabrın 19-u saat 10:30-da şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək. Daha sonra axşam saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar