Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlqar bəy qaydasız oynayır, açıq oynamır - Azər Qasımlının xanımından partiya sədrinə MƏKTUB

Tarix: 07-11-2019 09:28     Baxış: 4245 A- / A+
İlqar bəy qaydasız oynayır, açıq oynamır - Azər Qasımlının xanımından partiya sədrinə MƏKTUB


Ötən gün "Real" Partiyasının sədr müavini Azər Qasımlının istefasından sonra həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktub ünvanlayıb.

Manevr.az xəbər verir ki, S.Qasımlı məktubu şəxsi "Facebook" səhifəsində paylaşıb.

O, məktubunda "Real" sədri İlqar Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib:


“İlqar bəy qaydasız oynayır, açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə, yenidən partiya yığarsınız”.

Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil"./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar