Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mahmud Dustan: "Bizi kimliyimizdәn uzaqlaşdırmaq istәyirlәr"

Tarix: 23-09-2019 23:14     Baxış: 4542 A- / A+
Mahmud Dustan: "Bizi kimliyimizdәn uzaqlaşdırmaq istәyirlәr"


Payızın ilk ayının birinci günü mәktәblәrin açılışında Azәrbaycan şәhәrlәrindә milyonlarla Türk uşağı öz Ana dilini qırağa qoyub, mәcburi şәkildә fars dilindә tәhsil alır.

İranda çox saylı Azәrbaycanlı yaşasa da, hakimiyәt farsların әlindәdir. Dövlәtin әsas idarәedici organlarında öz adamlarını vә yaxud bizlәrdәn olan lakin kimliklәrini satmış insanları yerlәşdirirlәr. Bu sәbәbdәn siyasәtlәrini asanlıqla qeyri-fars millәtlәrә yürüdә bilirlәr.

Vazifәdә Türk kimliyini sevmәyәn insanlar olduqda Türklәrin haqları onlar tәrәfindәn tapdalanar. Artıq bu siyasәt 100 ildir ki, pahlәvi dövründәn qalan bir sıra panfarsların ideyası ilә bizim dil, tarix, mәdәniyyәt vә kimliyimizi aradan qaldırmaq mәqsәdi ilә irәli sürülüb. Uşaqlarımızı assimilyasıya etmәklә gәnclәrimizin öz ana dillәrindәn vә kimliyindәn uzaqlaşıb, fars dilindә yazı-pozu öyrәnmәyi sevib, ona maraq göstәrmәsinә bais olurlar.

İran ana yasasına әsasәn İranda yaşayan hәr bir xalq fars dili ilә yanaşı öz ana dilindә dә tәhsil ala bilәr. Lakin bu haqqı bizlәrdәn alıblar. Özlәrinin qoyduğu qanuna özlәri belә әmәl etmir. Bir millәti aradan aparmaq üçün ilk öncә millәtin dilini, tarixini vә tarixi şәxsiyәtlәrini unutdururlar. Vә sonda o millәti asanlıqla assimilyasiya edib aradan aparmaq olar. Bizi assimilyasiya edә bilmәmәlәri üçün ana dilimizi qorumaq başlıca şәrtdir. Bu hәssas durumda Azәrbaycan düşmənləri özәlliklә panfarslar bir-biri ilә әl-әlә verәrәk Türklәrin tarix, mәdәniyyәt vә dilini mәhv edib aradan qaldırmaq istәyirlәr.

İranda qeyri-fars xalqlara mәktәblәrdә öz dillәrindә tәhsilә imkanı verilmirsә çalışmalıyıq evimizdə uşaqlarımızla öz ana dilimizdә danışaq vә onları türkcә kitablarla tәmin edәk. Güney Azәrbaycanda yazarlar, şairlәr, tarixçilәr vә mәdәni fәallar hәr zaman bu bir tәrәfli siyasәtә qarşı hәmәşә etiraz ediblәr. Sosial medialarda etiraz olur. Müxtәlif kompanyalar qurulur, uşaq kitabları alınıb mәktәblәrә paylanılır.

Mahmud Dustan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar