Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudov Azərbaycanı necə tərk edib?

Tarix: 19-09-2019 12:10     Baxış: 4204 A- / A+
Eldar Mahmudov Azərbaycanı necə tərk edib?


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq tam şəkildə sərbəst hərəkət izni alıb, ölkə sərhədlərini sərbəst şəkildə aşa bilir. Ölkə sərhədləri daha E. Mahmudov üçün "dəmir barmaqlıq” deyil.

Manevr.az xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Məlumatda deyilir ki, Eldar Mahmudov hətta yay tətilini ölkədən kənarda keçirib. Onun ölkəyə qayıtması isə burada yaxınlarının, xüsusən əmisi oğlu Vüqar Mahmudovun həbsdə olması ilə əlaqəlidir.

Sabiq nazir ətrafına söz verib ki, Vüqar Mahmudov həbsdən çıxmamış ölkədən gedən deyil. Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olub. Onu "MTN işi”ndən 2 il sonra, 2017-ci ilin noyabrında həbs ediblər. Artıq Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi də başlayıb. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə Vüqar Mahmudov demək olar ki, qatılmır. Məhkəmədən də bunun səbəbini izah etmirlər.

Belə ehtimallar var ki, Vüqar Mahmudovun məhkəmə prosesinin uzandıqca-uzanan "saqqız”a çevrilməsi Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəli ola bilər.

Eldar Mahmudovun azadlıqda olmasının bir səbəbi kimi də bu amil göstərilir. Onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb - müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar