Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əynində forması,üstündə tüfəngi - At belində ərazilərə nəzarət edir - VİDEO

Tarix: 18-09-2019 20:15     Baxış: 3146 A- / A+
Əynində forması,üstündə tüfəngi - At belində ərazilərə nəzarət edir - VİDEO

Oğuz rayonunda 700 hektara yaxın meşə ərazisi qadın işçinin nəzarətindədir. Meşə gözətçisi Bənövşə Həkimova təbiətə olan sevgisinin onu bu peşəyə yiyələndirdiyini deyir. Bu xanım, gündüz gecə demədən iş başındadır və təbiəti qorumaq məqsədi ilə keçirilən bir çox sosial tədbirlərdə də aktiv iştirak edir.

Əynində forması ,üstündə tüfəngi at belində ərazilərə nəzarət edir..

41 yaşlı Bənövşə Həkimova Oğuz rayonunun Muxas kəndində 8-ci meşə dolayının gözətcisi işləyir.

Qadın üçün çətin sayılan bu sənətə gəlməyinin səbəbi təbiətə olan sonsuz istəyi ilə bağlıdır.İşini də çox sevən Bənövşə 700 hektara yaxın əraziyə nəzarət edir.

Bütün çətinliklərə baxmayaraq o gecə-gündüz ərazisinə keşik çəkməyi bacarır.

Bənövşə Həkimova Ekoloğiya və Təbii sərvətlər nazirliyinin meşələrin qanunsuz qırılmasının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərdə aktiv iştirak edir.O, meşələri qorumaqla yanaşı insanlara yaşıllığın faydasını da təbliğ edir..

Bu işdə ona iş yoldaşları ilə yanaşı kənd sakinləri də dəstək olurlar.

Verilən məlumata görə meşə gözətçisi işləyən belə qadınların sayı bir neçə nəfərdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar